Cəmiyyətdə qəzaların, peşə xəstəliklərinin və xəsarətalmaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasını təmin edir.
Fəaliyyətini Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla icra edir;
Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının işlənilməsində iştirak edir;
Əməyin mühafizəsi ilə əlaqadar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
Tabeli qurumların (RXM-lər) işçiləri tərəfindən əmək qanunvericiliyinin və Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə tələblərinə riayət etmələrinə nəzarət edir;
Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasında, profilaktik tədbirlərin həyata keçirməsində şöbələr üzrə SƏTƏMM mühəndislərinə metodiki köməklik göstərir və lazım gəldikdə metodiki və metodoloji tövsiyələrini verir.
Cəmiyyətin KNƏM şöbəsi rəhbərinin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Istehsalat travmatizminin, peşə xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparır.
Bina, qurğu və avadanlıqların, mexanizmlərin, rabitə dirəklərinin, kabel kanailzasiya qurğularının və digər aparatların texniki vəziyyətinin əməyin təhlükəsizliyi normalara, qaydalara uyğunluğuna və həmçinin ventilyasiya sistemlərinin, sanitar-məişət otaqlarının vəziyyətinə qulluq olunmasına düzgün nəzarətin aparılmasını yoxlayır;
Təhlükəsiz iş şəraitinin yaradılmasında və yaxşılaşdırılmasında iştirak edir və lazım gəldikdə müvafiq metodiki və metodoloji köməklik göstərir.
SƏTƏMM üzrə aylıq, rüblük, yarımillik və illik yekun statistik hesabatları tərtib edərək, KNƏM şöbəsinin müdirinə vaxtında təqdim edir.
Şöbə üzrə SƏTƏMM planını tərtib edir və baş idarənin KNƏM şöbəsinə təqdim edir.
İş sahələrində işçilərin sağlamlığına və həyatına təhlükə yaradan işləri saxlayır və bu barədə rəhbərliyi məlumatlandırır.
Təhlükə potensiallı işlərin və layihələrin risklərinin qiymətləndirilməsinə və həmçinin bu sənədi, kənar təşkilatlar tərəfindən RXM ərazisində görüləcək riskli işlərlə bağlı tələb edir və o təqdim olunmayana qədər işlərin icrasına icazə vermir.
SƏTƏMM üzrə tabeli qurumlarda aparılan qeydiyyatların (sənədləşmənin) düzgün və vaxtlı-vaxtında aparılmasına nəzarət edir, lazımi tövsiyələrini verir və ehtiyac duyulduqda metodiki və metodoloji köməklik göstərir.
Əməyin mühafizəsi üzrə mühəndis tabeli qurumlarda və baş idarədə icra olunan SƏTƏMM prosedurlarına əməl olunmasına nəzarət edir.
Tələblər
Ali texniki təhsilə malik olmalidır;
SƏTƏMM üzrə ən azı üç il təcrubəsi olmalıdır;
Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dillərini bilməsi arzu olunandır;
SƏTƏMM və yanğın təhlükəsizliyi üzrə qaydaları və normativləri mükəmməl bilməlidir;
Kompüter bilikləri üzrə : MS Office, Outlook, Power Point və ya onu əvəzləyən programları mükəmməl bilməlidir;
İşgüzar yazışma qaydalarını bilməlidir;
Öz sahasi üzrə təlim-tədris materiallarını və testləri hazırlama bacarığına malik olmalıdır;