open navigation menu
Ana səhifə
/
Şirkətlər
/
Aztelekom MMC
/
Əmlakın İdarə Olunması üzrə Mütəxəssis
Əmlakın İdarə Olunması üzrə Mütəxəssis
Aztelekom MMC
Bakı, Azərbaycan
Tam ştat
04-11-2025
891
Bağlanılıb
Təsvir
Səndən gözlədiklərimiz:
Daşınmaz əmlakın reyestrini hazırlayaraq sahədə dəqiq və şəffaf idarəetmənin qurulmasına töhfə vermək.
Dövlət qurumları ilə əməkdaşlıq edərək öyrənmə və bilik paylaşımı mədəniyyətini inkişaf etdirmək.
Qiymətləndirmə üçün təqdim olunan sənədləri təhlil etmək və praktiki bacarıqlarını əmlaklara baxış zamanı tətbiq etmək.
Daşınmaz əmlak bazarını araşdırmaq və nəticələrini analitik hesabatlara çevirmək.
Təqdimat materialları və analitik sənədlər hazırlayaraq həm öz, həm də komandanın inkişafına dəyər qatmaq.
Kənar qiymətləndirmə təşkilatlarının hesabatlarını ekspertiza edərək peşəkar yanaşmanı möhkəmləndirmək.
Qiymətləndirmə işlərinin metodoloji dəqiqliyini təmin etməklə sahədə standartların formalaşmasına dəstək olmaq.
Şöbə və departamentin digər fəaliyyətlərinə dəstək göstərərək komanda işində öyrənmək və paylaşmaq.
Qiymətləndirmə proseslərini təkmilləşdirmək və yeni modellər üzərində işləməklə innovativ yanaşma formalaşdırmaq.
Tələblər
Tələblər
Müvafiq istiqamət üzrə ali təhsil.
Əmlakın idarə olunması sahəsində üzrə 3 il iş təcrübəsi.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi və Əmlak məcəlləsi üzrə biliklər.
Əmlakın qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər.
İşə məsuliyyətli yanaşma, səbirli və təmkinli olmaq, yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
Yüksək təqdimat bacarığı və komandada effektiv işləmək qabiliyyəti.
Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
Daşınmaz əmlak sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalıdır.
Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır).
MS Office proqramlarında (xüsusilə Excel-də) əhatəli bilik və tətbiq bacarıqlarına malik olmaq.
Vakansiya haqqında
Paylaşılıb
noyabr 4, 2025
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə