Regional filal üzrə enerji sistemlərinin istismarı prosesinə aid olan bütün sənədləri “Aztelekom MMC-nin texniki departamentinin energetika şöbə rəhbərinin (bundan sonra Baş idarənin TD/ EŞ-si) təsdiqi ilə yaratmaq və istismar proseslərinə riayət edilməsinə nəzarət etmək
Şəbəkədə istismarda olan texnoloji avadanlıqların profilaktik iş planlarını hazırlamaq
Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin etmək və enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün / 24 saat iş zamanına uyğun fəaliyyəti təmin etmək (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması vəs. təmin edilməklə)
Müraciətə əsasən yeni elektrik avadanlığının quraşdırma və digər enerji işlədici avadanlıqlara elektrik bağlantıların verilməsini təşkil etmək
Elektrik sayğacı- texniki şərtin alınmasına, quraşdırılmasına həmçinin aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarət etmək
AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin etmək və hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi
Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil etmək və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim etmək
Şöbələr üzrə EQQ-rının əsaslı təmirə ehtiyac olduqda filial energetika şöbəsindən əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli Departament və Baş idarənin TD/ EŞ-nə təkliflərini təqdim etmək
Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkil etmək
Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili həmçinin təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsini və hesabatının verilməsini təmin etmək
Bina təsərrüfatlı elektrik sistemləri - istismarını, proflaktikasını, təmirini və yeni elektrik qoşulmalarını təşkil etmək
Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların istismarı, proflaktikası, təmiri və dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflər vermək
Dizel-Generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlamaq
Tələblər
Ali təhsil (Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində)
Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır
Rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır
Qida qurğuları avadanlıqlarının istismar Təlimat və Qaydalarını, stuktur sxemlərini bilməlidir
Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını,elektrik, montaj,prinspial və funksional sxemlərini,konstruktiv xüsusiyyətlərini,təyinatını və iş rejimlərini bilməlidir
Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir
Şəbəkənin layihələndirilməsini,şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığı
Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa) malik olmalıdır
Kompüter bilikləri üzrə :MS Office ,Outlook və Qida qurğularının istismarına aid programlarını bilməli