Aztelekom MMC
Ana səhifə
/
/
/
İşə Qəbul Bölməsinin Rəhbəri

İşə Qəbul Bölməsinin Rəhbəri

10-09-2025

718

Təsvir


Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!

 

Vəzifənin əsas məqsədi:


Şirkətin işə qəbul proseslərini strateji və effektiv şəkildə idarə edərək, Aztelekom-un işəgötürən brendini gücləndirmək və yüksək potensiallı istedadları komandamıza cəlb etməklə rəqəmsal gələcəyin qurulmasına töhfə vermək.


Səni hansi missiya gözləyir:


  • Şirkətin işə qəbul proseslərini strateji şəkildə idarə etmək və yüksək potensiallı istedadları komandamıza cəlb etmək.
  • İşə qəbul strategiyasını formalaşdırmaq, effektiv icrasını təmin etmək və vakansiyaların vaxtında, şəffaf şəkildə bağlanmasına nəzarət etmək.
  • Namizəd təcrübəsini zənginləşdirəcək müsahibə metodologiyalarını hazırlamaq və tətbiq etmək.
  • İşəgötürən brendini gücləndirmək, sosial media, karyera səhifəsi, universitet əməkdaşlıqları və tədbirlər vasitəsilə şirkətin cəlbediciliyini artırmaq.
  • Talent pool (istedad hovuzu) formalaşdırmaq, təcrübə və graduate proqramlarını təşkil etmək.
  • İşə qəbul mütəxəssislərindən ibarət komandaya rəhbərlik etmək, onların motivasiya və inkişaf planlarını hazırlamaq və tətbiqini təmin etmək.
  • Əmək bazarı trendlərini izləmək, rəqib şirkətlərin istedad strategiyalarını araşdırmaq və rəhbərliyə analitik hesabatlarla dəstək olmaq.

 

Tələblər

Səndən gözlədiklərimiz:


  • Ali təhsil (İnsan resursları, Biznes idarəçiliyi, Psixologiya və ya oxşar sahələr üzrə təhsil üstünlük sayılır).
  • İşə qəbul sahəsində minimum 5 illik, rəhbərlik və komanda idarəçiliyi üzrə isə ən azı 2 illik iş təcrübəsi.
  • İşə qəbul metodologiyaları, insan resursları prosesləri, işəgötürən brendinin gücləndirilməsi yanaşmaları və əmək bazarı trendləri haqqında dərin biliklər.
  • Güclü ünsiyyət, strateji və analitik düşünmə, komanda idarəçiliyi, maraqlı tərəflərlə münasibətlərin idarə olunması (stakeholder management), məlumatların təhlili və hesabatlılıq bacarıqları.
  • Xarici dil bilikləri: İngilis dili mütləqdir, rus dili isə üstünlük hesab olunur.

Vakansiya haqqında

Son tarix

October 20, 2025

Paylaşılıb

sentyabr 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə