"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Müxtəlif istiqamətlər (korporativ, texniki, satış və s.) üzrə vakansiyalar üçün işə qəbul prosesini əvvəldən axıra qədər idarə etmək
- Təşkilat daxilində maraqlı tərəflər ilə yaxın əməkdaşlıq edərək tələbin düzgün anlaşılması və uyğun namizəd axınının təmin edilməsi və seçim strategiyasını müəyyənləşdirməsi
- ATS üzərindən CV-lərin skrininqi, ilkin müsahibə və dəyərləndirmələrin həyata keçirilməsi
- Kompetensiya əsaslı və strukturlaşdırılmış müsahibələrin təşkili və aparılması
- Rəqəmsal platformalar, sosial media və digər kommuniksiya vasitəsilə işə qəbul strategiyalarını həyata keçirmək
- Kütləvi və hədəfli işə qəbul kampaniyalarını planlaşdırmaq və koordinasiya etmək
- Namizəd təcrübəsini (candidate experience) yüksək səviyyədə təmin etmək
- ATS sistemində məlumatların düzgün idarə olunması və hesabatlığın təmin edilməsi
- İşə qəbul proseslərinin təkmilləşdirilməsi və yeni yanaşmaların tətbiqi
- İşə götürən brendinqi təşəbbüslərinə töhfə vermək