Layihə tələblərinin müəyyən edilməsi, razılaşdırılması və layihənin başladılması;
Layihə planlarının hazırlanması, idarə edilməsi, risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması və icraya nəzarət;
Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq; hər hansı bir tərəqqi və irəliləyişlərin izlənilərək monitorinqini aparmaq üçün layihənin dəqiq planını hazırlamaq;
Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin həcminə, layihə cədvəlinə və layihə xərclərində müvafiq dəyişiklikləri idarə etmək;
Layihənin idarə edilməsi prosesində yarana biləcək problemlərin qarşısını almaq, yarana biləcək problemlərdə həll istiqamətini təyin etmək
Tələblər
Ali təhsil;
Layihə idarəetməsi üzrə ən azı (1-3 il) iş təcrübəsi;
Layihə idarəetmə metodologiyalarını (Agile, Scrum, Waterfall və s.) tətbiq etmək bacarığı;
Microsoft Project, Jira, Trello və ya digər layihə idarəetmə alətləri ilə işləmə təcrübəsi;
Data analiz və hesabat hazırlama üzrə bacarıqları (Excel, Power BI və ya digər analitik alətlərdə iş təcrübəsi);
Güclü təşkilati bacarıqlar və vaxtın idarə edilməsi bacarığı;
Ingilis dili – sərbəst, rus dili bilikləri üstünlükdür