Aztelekom MMC

Növbə mühəndisi

Bu gün

187

Təsvir

  • Təhkim olunmuş işçilərin fəaliyyətinə nəzarət etmək, işin plan, normativ və təlimatlara uyğun icrasını təmin etmək, həmçinin aşağı yüklənmə saatlarında yoxlamalar aparmaq.
  • Stansiyanın fəaliyyətini təhlil etmək və istismarın təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirmək.
  • Avadanlıqların iş rejimlərinə nəzarət etmək və siqnalların aşağıdakı ardıcıllıqla bərpasını təmin etmək:

Qəza siqnallaşması

Texniki siqnallaşma

Abunəçi siqnallaşması

  • Stansiyanın iş rejimində qəza halları yarandıqda, mövcud bütün vasitələrdən istifadə etməklə stansiyanın normal iş rejiminin bərpasını təmin etmək.
  • Avtozalın dayanıqlı və fasiləsiz işləməsini təmin etmək.
  • Avadanlıqların qorunmasına, cihaz və alətlərin düzgün istifadəsinə nəzarət etmək.

Tələblər

  • Avadanlığın prinsipal və montaj sxemləri haqda məlumatlı olmaq.
  • Texniki xidmət (İOD) avadanlığının iş prinsipini və onun ATS-ə qoşulma sxemini bilmək.
  • ATS-in ayrı-ayrı modullarının iş prinsipini və onların testini bilmək.
  • ATS-in proqram təminatında yaranan nasazlıqları aradan qaldırmaq.
  • Displeylərlə işləməyi və onların stansiyaya qoşulma sxemini bilmək.

Vakansiya haqqında

Son tarix

November 3, 2025

Paylaşılıb

sentyabr 24, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Elm, Texnologiya və Mühəndislik