“Dövlət satınalmaları haqqında” Qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarını təşkil etmək.
Satınalma planını hazırlamaq və icra etmək.
Təchizatçılar ilə ünsiyyət qurmaq.
Satınalma prosedurları ilə bağlı sənədləri, təqdimatları və hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək.
Yerli və beynəlxalq bazarları mütəmadi araşdırmaq, malların (işlərin və ya xidmətlərin) təchizatı üzrə tender sənədlərinin, təkliflərin sorğularının və tender sənədləri qiymətlərinin hazırlanmasında iştirak etmək.
Tender təkliflərini təhlil etmək, ən sərfəli kommersiya şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq.
Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələr və sektorlarla birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsini təşkil etmək.
Tələb olunan mal və materiallar üçün qiymət araşdırmasını aparmaq.
Dövlət satınalmaları portalı üzrə tender elanlarını yerləşdirmək.
Qiymət və maliyyə analizlərini həyata keçirmək.
İddiaçıların ixtisas göstəricilərinin uyğunluğunu müəyyən etmək.
Satınalan təşkilatla tender qalibi arasında bağlanan və malların (iş və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən müqaviləni hazırlamaq.
Satınalma prosedurları haqqında hesabat hazırlamaq.
Yaranmış problemlər barəsində şöbə müdiri və departament direktoruna dərhal məlumat vermək.
Tələblər
İqtisadiyyat, Biznes və ya digər müvafiq sahə üzrə ən azı bakalavr təhsili.
Ümumi və Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri.
Göstərilən vəzifə üzrə iş təcrübəsi: Dövlət satınalmalarında iş təcrübəsi 1 il.
Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
Tələb olunan dil: Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis-dili (yaxşı).