Şöbəyə həvalə olunmuş vəzifələrin və funksiyaların yerinə yetirilməsi üçün məsuliyyət daşımaq
Şöbə tərəfindən əməliyyatların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək və şöbənin operativ fəaliyyətinə rəhbərlik etmək
Şöbəyə təhkim edilmiş (istismarına verilmiş) əmlakın qorunmasını təmin etmək,şöbədə yerləşən qiymətlilərin saxlanması işinin düzgün təşkili üçün məsuliyyət daşımaq
Hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, şöbə işçilərinin hərəkətləri barəsində şikayətlərinə baxmaq, bunların əsasında lazımi tədbirlər görülməsi üçün Filiala göndərilməsini təmin etmək
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin keçirilməsinin təşkil edilməsinə,işçilər tərəfindən əməyin mühafizəsi prosedurlarına və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət etmək
İşçilərin əmək intizamına, Cəmiyyətin daxili sənədlərinin tələblərinə əməl etməsinə, müəyyən edilmiş iş günü (vaxtı) müddətini pozmamasına və işə davamiyyətinə nəzarəti həyat keçirmək
Şöbədə işin lazımi rejimdə, tələb olunan hallarda isə məxfi aparılması üçün məsuliyyət daşımaq
Şöbənin fəaliyyətinin nəticələri barədə Filiala hesabat vermək
Filialın digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək, onların qarşılıqlı əlaqəsini təmin etmək
Tabeliyində olan şöbə əməkdaşlarının vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla aidiyyəti üzrə təqdim etmələrinə nəzarət etmək
Tabeliyində olan şöbə əməkdaşlarının vəzifə öhdəliklərini icra etmələrinə, qanunvericiliyin, o cümlədən Cəmiyyətdaxili normativ sənədlərə dair tələblərə əməl etmələrinə nəzarət etmək
Filial müdirinin, həmçinin Cəmiyyətin baş ofisinin struktur bölmə rəhbərlərinin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək
Tələblər
Ali təhsil
İdarəçilik üzrə minimum 3 il iş təcrübəsi (Rabitə sahəsi üzrə olması üstünlükdür)
Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı
Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır)
Telekommunikasiya sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalıdır
Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir
Öz işinə göstərdiyi münasibəti və davranışı ilə kollektivdə pozitiv komanda ruhu yaratmalıdır
Nəzakətli və dürüst olmalıdır
Maraqların münaqişəsi hallarının qarşısını almalıdır