Aztelekom MMC
Ana səhifə
/
/
/
SƏTƏM üzrə mühəndis (1 saylı RXM)

SƏTƏM üzrə mühəndis (1 saylı RXM)

Bu gün

1

Təsvir

  • Müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkil etmək
  • SƏTƏM fəaliyyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparmaq
  • Səlahiyyətləri çərçivəsində yeni qaydaların,prosseslərin,prosedurların, daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak etmək
  • “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət etmək
  • Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək və lazımi tövsiyələr vermək
  • “Aztelekom” MMC-də quraşdırılmış avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək
  • “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçmək
  • Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət etmək
  • İstehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparmaq
  • Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərmək 


Tələblər

  • Ali təhsil olmalıdır (Ali-texniki təhsilə üstünlük verilir)
  • Sahəsi üzrə 3 il təcrübəsi olmalıdır
  • Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır
  • SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir
  • MS Office və Outlook programlarını bilməlidir
  • SƏTƏM üzrə dövlət normativ tələblərini və Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri bilməlidir
  • Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını bilməlidir
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir
  • Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini bilməlidir
  • Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını bilməlidir


Vakansiya haqqında

Son tarix

noyabr 27, 2024

Paylaşılıb

noyabr 21, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə