SƏTƏMM üzrə aparıcı mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkilidir.
Fəaliyətini SƏTƏMM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır.
Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir.
“Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir.
Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir.
“Aztelekom” MMC-də quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir.
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir.
“Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir.
Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir.
Istehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır.
Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir.
Müəssisənin bütün struktur bölmələri ilə işin koordinasiyasını təmin etmək və daim əlaqə saxlamaq.
Şöbənin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada şöbə müdirinə hesabat təqdim edir.
İldə bir dəfə Şöbəyə aid olan sənədlərin auditini təşkil edir.
Tələblər
Ali-texniki təhsilə üstünlük verilir.
Sahəsi üzrə ən azı 5 il təcrübəsi olmalıdır.
Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır.
SƏTƏMM üzrə qaydaları mükəmməl bilməlidir.
Mövcud qaydalara uyğun sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı olmalıdır.
Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.
Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Kreativ düşüncəli olmalıdır.
Kompyuter bilikləri üzrə: MS Office, Excel, Pover Point və Outlook programlarını mükəmməl bilməlidir.
SƏTƏMM üzrə dövlət normativ tələbləri.
Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələr.
SƏTƏMM sahəsində milli və dövlətlərarası standartlar.
Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodları.
Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimləri.
Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydaları.
İş yerlərində əmək şəraitinin öyrənilməsi metodları.