Baku Steel Company
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət şöbəsinin rəis müavini (Bakı)

Keyfiyyətə nəzarət şöbəsinin rəis müavini (Bakı)

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

10-01-2025

1.3K

Təsvir

•        İstehsalatın bütün mərhələlərində Keyfiyyətə nəzarət şöbəsinin (KNŞ) işinin koordinasiyası.

•        İstehsal olunan məhsulların keyfiyyət standartlarına, texniki şərtlərə və sifarişçinin tələblərinə uyğunluğuna nəzarət.

•        ISO daxil olmaqla, keyfiyyətin idarə olunması sistemlərinin işlənib hazırlanması və tətbiqində iştirak.

•        Texnoloji proseslərin, parametrlərin və normaların yerinə yetirilməsinə nəzarət.

•        Xammal, materiallar və komplektləşdiricilərin giriş nəzarətinin təşkili.

•        Aralıq və son məhsulun keyfiyyətinə nəzarət proseslərinin idarə edilməsi.

•        Uyğunsuzluqların aşkarlanması məqsədilə istehsalatın yoxlanış və auditlərinin təşkili.

•        Qüsurların səbəblərinin analizi və düzəldici tədbirlərin işlənib hazırlanması.

•        Standartların, texniki tənzimləmələrin və təlimatların hazırlanması və yenilənməsi.

•        Nəzarət nəticələri üzrə hesabatların hazırlanması, qüsurların analizi və təkmilləşdirmə təkliflərinin verilməsi.

•        Qüsurların statistikası üzrə uçotun aparılmasına nəzarət, məlumatların analizi və analitik hesabatların hazırlanması.

•        Keyfiyyətin yüksək səviyyədə təmin edilməsi üçün istehsalat sexləri, təchizat şöbəsi və digər bölmələrlə əməkdaşlıq.

•        Müştəri şikayətlərinin nəzərdən keçirilməsində və operativ həllində iştirak.

•        Məhsul keyfiyyəti ilə bağlı müştərilər və tərəfdaşlarla qarşılıqlı əlaqə.

•        Qüsurların azaldılması və məhsul keyfiyyətinin artırılması məqsədilə tədbirlərin işlənib hazırlanması və tətbiqində iştirak.

•        Keyfiyyətə nəzarət proseslərinin avtomatlaşdırılması layihələrinin təşəbbüsü və həyata keçirilməsi.

Tələblər

•        Ali texniki təhsil (arzuolunandır: metallurgiya, materialşünaslıq və ya keyfiyyətə nəzarət sahəsi üzrə).

•        TNS və ya oxşar vəzifədə ən azı 3 illik iş təcrübəsi.

•        ISO standartları (məsələn, ISO 9001), GOST və texniki tənzimləmələr haqqında biliklər.

•        Çertyojların oxunması və ölçmə alətlərindən istifadə bacarığı.

•        Məlumatların analizi, hesabatların hazırlanması və təkmilləşdirmə üzrə təkliflərin işlənməsi bacarıqları.

•        Liderlik keyfiyyətləri, kollektivin idarə edilməsi üzrə təcrübə.

•        Kompüter bacarıqları: MS Office, keyfiyyətə nəzarət üzrə ixtisaslaşmış proqramlar.

Vakansiya haqqında

Son tarix

fevral 27, 2025

Paylaşılıb

yanvar 10, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı