Baku Steel Company
Ana səhifə
/
/
/
Kommunikasiyalar üzrə mütəxəssis

Kommunikasiyalar üzrə mütəxəssis

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

13-11-2024

1.6K

Təsvir

·        Şirkətin tanıtımı və işgüzar münasibətlərin qurulması məqsədilə sərgi və yarmarkalarda cəmiyyətin layiqincə təmsil olunmasını təmin etmək, məqsədli tədbirlər həyata keçirmək;

·        Cəmiyyətin saytının yenilənməsi, məzmunun təkmilləşdirilməsi və gələcəkdə SEO optimallaşdırılmaların aparılmasını təşkil etmək;

·        Cəmiyyətin korporativ brendinin formalaşdırılması və promo məhsullarının korporativ dizaynı üçün təkliflər hazırlamaq, fərqli istiqamətdə çap məhsullarının (kataloq, flayer, broşür və s.) hazırlanmasını təşkil etmək;

·        Cəmiyyətin Sosial Media Marketing (SMM) planlaşdırılması və həyata keçirilməsi üçün lazımi dəstəyin verilməsi.

·        Cəmiyyətin fəaliyyəti barədə və istiqamətinə uyğun olaraq reklam çarxları və bannerlərinin hazırlanmasını təşkil etmək, yerləşdirilməsi üçün müvafiq şöbələri təmin etmək və monitorinqini həyata keçirmək. 

·        Cəmiyyətin müvafiq nəşrlərinin, brendi təmsil edən məhsulların və brend daşıyıcılarının (çap materialları, korporativ hədiyyələr, bannerlər, plakatlar, reklam lövhələri və s.) vahid korporativ üsluba əsasən hazırlanmasını təmin etmək, həmçinin mütəmadi olaraq brendi təmsil edən məhsul və daşıyıcıların, proqram təminatlarının brendin tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək;

·        Beynəlxalq satış/Marketinq vasitələrini, həmçinin meydançalarını araşdırmaq;

·        Cəmiyyətin digər şirkətlər ilə korporativ münasibətlərinin yaradılması, qarşılıqlı əməkdaşlıq prinsiplərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə Kommersiya Departeneti ilə birgə B2B görüşlər təşkil etmək;

·        Cəmiyyətin və istehsalat obyektlərinin əməkdaşları arasında münasibətlərin gücləndirilməsi məqsədi ilə müvafiq struktur bölmələri ilə birlikdə şirkətdaxili korporativ tədbirlərin, əhatə dairəsi geniş olan toplantıların, əlamətdar tədbirlərin, bayram şənliyi, idman və intellektual oyunların, müsabiqələrin, müsahibələrin və digər tədbirlərin həyata keçirilməsini təmin etmək və idarə edilməsini həyata keçirmək;

·        Cəmiyyətin istehsal etdiyi məhsullar haqqında istehlakçı rəyinin öyrənilməsini təşkil etmək və məhsulların satışına təsirini araşdırmaq;

·        Müştəri məmnuniyyətinin ölçülməsi və təhlili işlərini həyata keçirmək.

·        Cəmiyyətin işgüzar nüfuzu, imici, brendinin tanıdılması, qavranılması ilə əlaqədar  sorğular keçirilməsini təşkil etmək;

·        İstiqamətin illik fəaliyyət planını və büdcəsinin hazırlanmasında iştirak edir;

·        Media monitorinqinin həyata keçirilməsi və hesabatların hazırlanması.

·        İstiqamətinə dair tələb olunan sənəd dövriyyəsinin idarə edilməsi

Tələblər

Bilməlidir:

·        İşində tələb olunan kompüter proqramları;

·        Ofis avadanlığından istifadə qaydaları;

·        İşgüzar etiket standart və qaydaları

·        Ana dilin işgüzar və rəsmi yazışmanın sərbəst aparılması üçün lazım olan səviyyədə;

·        Xarici tərəfdaşlarla danışıqlar və yazışmaların aparılması üçün kifayət qədər işgüzar ingilis və rus dili;

 

Tələblər:

·        Ali təhsil (bakalavr səviyyəsində)

·        Sahə üzrə minimum 2 il iş təcrübəsi (marketinq, tədbirlərin təşkili və ya layihələtin idarəedilməsi)

·        Tələbə görə hesabatlılığın hazırlanması təcrübəsi

·        Sənədlər ilə işləmə təcrübəsi

·        Ofis avadanlığı və kompüter proqramlarının əsaslarını yaxşı səviyyədə bilikləri;

·        Xarici dillərin biliyi (Rus və İngilis);

Vakansiya haqqında

Son tarix

dekabr 12, 2024

Paylaşılıb

noyabr 13, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr