Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yenilənməsi
Təchizatçılarla münasibətlərin inkişaf etdirirlməsi, onların istehsal və maliyyə imkanlarının təhlil edilməsi, maddi-texniki resursların satınalması ilə bağlı bilavasitə uzunmüddətli təsərrüfat əlaqələrinin yaradılmasının mümkünlüyü və məqsədəuyğunluğunun öyrənilməsi
Cari satınalma planının təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə müvafiq işlərin görülməsi
Müqavilələrin bağlanması üçün tələb olunan sənədlərin hazırlanması və onlarda düzəlişlərin aparılması
Sifarişləri yerləşdirmək və çatdırılma müddətlərini və şərtlərini razılaşdırmaq üçün təchizatçılarla danışıqların aparılması
Görülən işlərin təhvil-təslim aktlarının hazırlanması
Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış sifarişinin (PO) tərtib edilməsi
Bahalı maddi-texniki resursların qiymət və əldəetmə imkanlarına görə daha ucuz və əlverişli olan, eyni zamanda keyfiyyət üzrə tələblərə dəqiq cavab verən resurslarla əvəz olunması barədə təkliflərin hazırlanması
Tələblər
Ali təhsil (iqtisadiyyat, menecment və ya əlaqəli sahə üzrə);
Satınalma və təchizat sahəsində minimum 4-5 il peşəkar iş təcrübəsi;
İstehsalat və ya sənaye sahəsində iş təcrübəsi üstünlük sayılır;
Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmə bacarığı (şifahi və yazılı);
Analitik düşüncə qabiliyyəti, dəqiqlik, yüksək məsuliyyət və operativlik;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmə bacarığı;