Bank Respublika ASC
Ana səhifə
/
/
/
Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Bu gün

115

Təsvir

 Mütəxəssis :

·       Əməliyyat riskinin idarə edilməsi prinsipləri və çərçivələri barədə biliklər;

·       Risk hadisələrinin qeydiyyatı, təhlili və hesabatlılığı;

·       Risk, Kontrol üzrə özünüqiymətləndirmə proseslərində iştirak və nəticələrin analizi;

·       Əməliyyat risklərinin idarə edilməsi prosesində əsas risk indikatorları və əsas nəzarət indikatorlarının izlənilməsi və təhlili;

·       Əməliyyat risklərinin azaldılması üzrə tövsiyə və təkliflərin hazırlanması;

·       Daxili qayda və prosedurların hazırlanmasında iştirak;

·       Daxili audit, komplayens və digər şöbələrlə əməkdaşlıq;

·       İnsidentlərin idarəolunması;

·       Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;

·       Layihələrdə risk qiymətləndirilməsi aparmaq və risklərin azaldılması üzrə tövsiyələr vermək.


 Aparıcı mütəxəssis :

·      Risk indikatorlarının təyin edilməsi və monitorinq sisteminin qurulması ;

·      Risk, Kontrol üzrə özünüqiymətləndirmə proseslərində iştirak və nəticələrin analizi;

·      İtki məlumat bazasının toplanması;

·      əməliyyat riski hadisələrinin toplanması;

·      Əməliyyat riskləri üzrə Mərkəzi bank tələblərinin icrası;

·      Əməliyyat risklərinin idarə edilməsi prosesində əsas risk indikatorları və əsas nəzarət indikatorlarının izlənilməsi və təhlili;

·      Təlimat, metodologiya, qaydalar və hesabatlar hazırlamaq;

·      Daxili audit, komplayens və digər şöbələrlə əməkdaşlıq;

·      İnsidentlərin idarəolunması.

Tələblər

·      Əməliyyat risklərinin idarə olunması metodologiyaları, Basel standartları və ORM çərçivəsi haqqında biliklər;

·      RCSA, KRI, KCI, Risk Reyestri, Ssenari Analizi, İtki Məlumatlarının Toplanması, Risk Hadisələrinin İdarə Edilməsi üzrə praktik bilik və təcrübə arzuolunandır;

·      Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);

·      Mütəxəssis vəzifəsi üzrə : Əməliyyat sahəsində minimum 2 il iş təcrübəsi;

·      Aparıcı mütəxəssis vəzifəsi üzrə : Əməliyyat sahəsində minimum 7 ilədək iş təcrübəsi;

·      Risklərin (xüsusilə əməliyyat riskləri) idarəedilməsi üzrə sertifikatların olmasına üstünlük verilir;

·      Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;

·      Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə arzuolunandır;

·      Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);

·      Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;

·      Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

·      Komanda və insanlar ilə işləmək bacarıqları;

·      Məsuliyyət və detallara qarşı diqqət.

Vakansiya haqqında

Son tarix

January 22, 2026

Paylaşılıb

dekabr 13, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə