Bank Respublika ASC
Ana səhifə
/
/
/
Hüquq departamenti, Baş hüquqşünas

Hüquq departamenti, Baş hüquqşünas

02-08-2024

1.5K

Bağlanılıb

Təsvir

·      Hüquqi məsələlərin həlli ilə bağlı bankın struktur bölmələrinə məsləhətlər, təkliflər və tövsiyələr vermək;

·      Bankı dövlət idarəetmə, nəzarət və hüquq-mühafizə, yerli özünü idarəetmə və məhkəmə orqanlarında və notariatda təmsil etmək;

·      Bankın əmlakları ilə bağlı sənədləşmə və qeydiyyat işlərini aparmaq;

·      Müqavilə, saziş, əqd və digər sənədlərin hüquqi baxımdan təhlilini aparmaq, hazırlamaq və onlara dair hüquqi rəy vermək;

·      Məhkəmə işlərinin hazırlanması, göndərilməsi və təqibi;

·      Kredit sənədlərini təhlil etmək və ilkin rəy vermək;

·      Bankdaxili normativ sənədlərin qanunvericiliyə uyğun olmasına dair rəy vermək;

·      Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

 


Tələblər

·      Ali hüquqi təhsil;

·      Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi (Bank sahəsi və ya məhkəmə işləri üzrə iş təcrübəsinin olması arzuolunandır)

·      Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;

·      MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;

·      Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

·      Analitik təhliletmə qabiliyyəti;

·      Komanda və insanlar ilə işləmək bacarıqları;

·      Məsuliyyət və detallara qarşı diqqət.


Vakansiya haqqında

Son tarix

avqust 29, 2024

Paylaşılıb

avqust 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq