Bankın hüquqi risklərini idarə etmək və nəzarət etmək;
Bankın hüquqi və fiziki şəxslərlə bağlayacağı müqavilələrin, həmçinin beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, rəy vermək, yeni müqavilələr tərtib etmək;
Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
Bankı dövlət orqanlarında və məhkəmələrdə təmsil etmək;
Bankdaxili korporativ aktlara (əmr, protokol, qayda, təlimatlar) dair hüquqi rəy vermək, onların hüquqi ekspertizasını həyata keçirmək;
Bankın təsis sənədlərində baş verən dəyişikliklərlə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə hüquqi dəstək göstərmək;
Qiymətli kağızların yerləşdirilməsini nəzərdə tutan müvafiq sənədlərin hazırlanmasında iştirak etmək, lazımi hüquqi yardımı göstərmək;
Tələb olunduqda Bankın PL/TMM şöbəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin) funksiyalarının icrasına köməklik göstərmək;
Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü həyata keçirmək və nəzarət etmək;
Qanunvericilik sahəsində Bankın fəaliyyətinə aid olan bütün yeniliklər barədə müvafiq şöbə, strukturları məlumatlandırmaq, tələb olunduqda, həmin normaların tətbiqi ilə bağlı təlim keçmək;
Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
Tələblər
Ali hüquqi təhsil;
Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
Mülki, həmçinin bank qanunvericilyi sahəsində biliklərə sahib olmaq;
Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti;