Müxtəlif kommunikasiya kanallarından (telefon, e-poçt, sosial şəbəkələr və xüsusi düymələr vasitəsilə) daxil olan müraciətləri operativ şəkildə qəbul etmək, qeydiyyatını aparmaq və müraciətlərin statusunu izləmək
Müştəri müraciətləri, qaytarma və şikayətlər üzrə məlumatları sistemlərdə düzgün şəkildə qeyd etmək, yeniləmək və məlumatların dəqiqliyini təmin etmək
Müştərilərlə birbaşa əlaqə quraraq müraciətlərin detallarını dəqiqləşdirmək, müştərilərin rəylərinə diqqətlə yanaşmaq və həll yollarını təklif etmək
Məhsulların qaytarılması və dəyişdirilməsi üzrə sorğuların ilkin təhlilini aparmaq, qaytarma şərtlərinə uyğunluğu yoxlamaq (müddət, məhsul vəziyyəti, qəbzin mövcudluğu və s.) və müraciətləri emal etmək
Müştəri məlumatlarının məxfiliyini ciddi şəkildə qorumaq, şəxsi məlumatların üçüncü tərəflərlə paylaşılmasının qarşısını almaq və şirkətin daxili prosedurlarına tam riayət etmək
Tələblər
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti
Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə arzu olunandır