Code Academy

SOC Analitiki (L1)

Dünən

349

Təsvir

Tərəfdaş şirkətimiz üçün aşağıdakı tələblər üzrə SOC Analitiki (L1) axtarırıq.

Əgər sən də beynəlxalq layihələrdə yer almaq, innovativ komandada işləmək və peşəkar səviyyəni daha da artırmaq istəyirsənsə bu fürsət sənin üçündür!


Səni nələr gözləyir?


Ən son texnologiyalarla real təcrübə;

Daim inkişaf üçün şərait;

Texnologiyanı sevən komanda.


SIEM/SOAR platformalarından gələn bildirişləri izləmək və loqları analiz etmək;

Təhlükəsizlik insidentlərini təsnifləşdirmək, ilkin araşdırma aparmaq və L2 analitiklərinə yönləndirmək;

Fişinq, zərərli proqram, giriş cəhdləri və digər hücumlarla bağlı insidentləri idarə etmək;

Təhdidlər üzrə hesabat hazırlamaq və SOC rəhbərliyinə təqdim etmək;

SOC komandası ilə əməkdaşlıq etmək və yeni prosedurlar üzrə təkliflər vermək.

Tələblər

Kibertəhlükəsizlik/SOC sahəsində ən az 1 il təcrübə;

SIEM alətləri (Splunk, ELK, QRadar və s.) üzrə baza biliklər;

Firewall, IDS/IPS, EDR/XDR texnologiyaları barədə anlayış;

Windows/Linux sistemlərində loqların analizi təcrübəsi;

MITRE ATT&CK, NIST və digər çərçivələrlə tanışlıq;

Azərbaycan və İngilis dilləri (məcburi), Rus dili (arzuolunan).


Üstünlüklər


Python, PowerShell və ya Bash ilə skript yazma bacarığı;

Fişinq və sosial mühəndislik hücumlarının təhlili üzrə biliklər;

Sertifikatlar: CompTIA Security+, CSA, Splunk Analyst, SC-200 və s.


Vakansiya haqqında

Son tarix

September 19, 2025

Paylaşılıb

avqust 26, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Elm, Texnologiya və Mühəndislik