Tərəfdaş şirkətimiz üçün aşağıdakı tələblər üzrə SOC Analitiki (L2) axtarırıq.
Əgər sən də beynəlxalq layihələrdə yer almaq, innovativ komandada işləmək və peşəkar səviyyəni daha da artırmaq istəyirsənsə bu fürsət sənin üçündür!
Səni nələr gözləyir?
Ən son texnologiyalarla real təcrübə;
Daim inkişaf üçün şərait;
Texnologiyanı sevən komanda.
SIEM, EDR/XDR, IDS/IPS, firewall və digər sistemlərdən gələn xəbərdarlıqları analiz etmək;
Malware, ransomware, lateral movement və məlumat sızması insidentlərini araşdırmaq;
Təhlükəli hostları təcrid etmək, IOC-ləri bloklamaq, oğurlanmış hesabları deaktiv etmək;
Mürəkkəb insidentləri L3 analitiklərə eskalasiya etmək və sənədləşdirmək;
Təhdid axtarışları aparmaq (SIEM sorğuları, EDR/XDR məlumatları, threat intelligence);
SIEM qaydalarının təkmilləşdirilməsinə dəstək vermək, false positive-ləri azaltmaq;
SOC hesabatlarını hazırlamaq və komandalarla bölüşmək.
Kiber Təhlükəsizlik, Kompüter Elmləri və ya İT üzrə bakalavr dərəcəsi və ya ekvivalent təcrübə;
SOC və ya təhlükəsizlik analiz sahəsində ən az 2 il iş təcrübəsi;
SIEM və EDR/XDR platformalarında praktiki təcrübə;
Windows/Linux əməliyyat sistemləri və şəbəkə protokolları (TCP/IP, DNS, HTTP/S və s.) üzrə biliklər;
MITRE ATT&CK və NIST IR çərçivələri ilə tanışlıq;
Python, PowerShell və ya Bash üzrə skript yazma bacarığı (üstünlükdür);
Hibrid və bulud mühitlər (AWS, Azure) üzrə baza biliklər.
Sertifikatlar üstünlükdür:
CompTIA Security+, CySA+;
EC-Council CSA, CEH;
Microsoft SC-200;
Cisco CyberOps Associate;
IBM QRadar Certified Analyst və ya bənzər sertifikatlar.
Dil bilikləri:
Azərbaycan dili – ana dilində sərbəst;
İngilis dili – danışıq səviyyəsində yaxş;
Rus dili - arzuolunandır.
Son tarix
September 19, 2025
Paylaşılıb
avqust 26, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ● Bakı, Azərbaycan
Bu gün
224
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ● Bakı, Azərbaycan
Bu gün
217
Birmarket.az ● Bakı, Azərbaycan
Bu gün
224
Expressbank ASC ● Bakı, Azərbaycan
Bu gün
276
Expressbank ASC ● Bakı, Azərbaycan
Bu gün
278