CÜZDAN MMC

Product Owner

  • CÜZDAN MMC
  • SAT Plaza, 133 Bashir Safar-Oghlu St, Baku 1009, Azərbaycan
  • Tam ştat

Bu gün

280

Təsvir

●     Məhsulun vizyonunun və yol xəritəsinin (roadmap) rəhbərlik və biznes bölmələri ilə birgə formalaşdırılması;

●     Product backlog-un idarə olunması, tapşırıqların biznes dəyərinə və risklərə görə prioritetləşdirilməsi;

●     Biznes tələblərinin toplanması, təhlili və texniki komanda üçün aydın tələblərə (PRD, user story, acceptance criteria) çevrilməsi;

●     Sprint planlaması, review, retrospektiv və digər Scrum proseslərində iştirak;

●     Development, UI/UX, QA və DevOps komandaları ilə gündəlik koordinasiya;

●     Yeni funksionallıqların qəbul testlərinin (UAT) aparılması və buraxılışa (release) hazırlığın təmin edilməsi;

●     Banklar, ödəniş provayderləri və digər tərəfdaşlarla inteqrasiya layihələrində məhsul tərəfinin təmsil olunması;

●     Məhsulun Mərkəzi Bankın tələblərinə, PCI DSS və daxili təhlükəsizlik qaydalarına uyğunluğunun nəzərə alınması;

●     Məhsul metriklərinin (KPI) izlənməsi, istifadəçi rəyləri və analitika əsasında təkmilləşdirmə təkliflərinin hazırlanması;

●     Bazarın və rəqib məhsulların təhlili.

Tələblər

●     Product Owner / Product Manager kimi minimum 3 il təcrübə;

●     Mobil tətbiq (iOS / Android) məhsulları üzərində iş təcrübəsi;

●     Agile / Scrum metodologiyalarını bilməli;

●     User story, acceptance criteria və proses diaqramlarının (BPMN, flowchart) hazırlanması bacarığı;

●     Jira, Confluence ilə iş təcrübəsi;

●     Figma-da dizayn və prototipləri oxumaq, rəy vermək bacarığı;

●     REST API və inteqrasiya prinsipləri haqqında əsas texniki biliklər;

●     Ödəniş prosesləri (kart əməliyyatları, köçürmələr, elektron pul, KYC/AML) haqqında anlayış;

●     Prioritetləşdirmə metodları (MoSCoW, RICE və s.) üzrə biliklər;

●     Məhsul analitikası alətləri (Google Analytics, Firebase, Amplitude, Mixpanel və s.) ilə iş təcrübəsi;

●     Fintech, bank və ya ödəniş sistemləri sahəsində təcrübə üstünlükdür;

●     Əsas SQL biliyi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

December 3, 2026

Paylaşılıb

noyabr 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik