Mühasibat uçotunun IFRS və yerli qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi və davamlı nəzarətin həyata keçirilməsi
Maliyyə və mühasibat hesabatlarının (P&L, Balance Sheet, Cash Flow) hazırlanmasına rəhbərlik və onların dəqiqliyinin, tamlığının təmin edilməsi
Aylıq, rüblük və illik bağlanış (closing) proseslərinin idarə olunması və hesabatların müəyyən edilmiş müddətlərdə rəhbərliyə təqdim edilməsi
Xarici və daxili audit proseslərinin koordinasiyası, auditor sorğularının cavablandırılması və audit nəticələri üzrə tədbirlər planının icrası
Vergi öhdəliklərinin (ƏDV, mənfəət vergisi və digər ödənişlər) düzgün hesablanmasına və vaxtında icrasına nəzarət, vergi risklərinin idarə olunması
Gəlir və xərclərin strukturunun təhlili, rentabelliyin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
Debitor və kreditor borclar üzrə üzləşmə proseslərinin təşkilinə və düzgün aparılmasına nəzarət, gecikmiş borcların idarə olunması