“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Ağdaş filialı üçün İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.
Rol haqqında
Bu vəzifəni icra edən, bir başa rəhbərinin rəhbərliyi altında təyinatı idarənin/ofisin davamlı fəaliyyət göstərməsini təmin etmək üçün məsuldur. İnzibati köməkçi ofisə gələn müştərilərin və digər şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsinin təmin edilməsinə məsuldur.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin etmək.
- Kredit üçün müraciət edən müştərilərin müvafiq əməkdaşlara yönləndirilməsini təşkil etmək.
- Filiallardakı kredit müqavilələrinin təşkilatın prosedur və təlimat tələblərinə uyğun olaraq hazırlanıb, Baş ofisə göndərilməsini təmin etmək.
- Sənədlərin fiziki olaraq toplanmasını və tamlığını təşkil və təmin etmək.
- Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək, qoyulmuş təhlükəsizlik qaydalarına və normalarına əməl edilməsini təmin etmək.
- Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün lojistik işlərin təşkilini həyata keçirmək.
- Region daxilindəki filial ofislərində müvafiq əməkdaşlar ilə əlaqəli şəkildə işləyərək həmin ofislərdə inzibati işlərlə bağlı məsələlərin həllinə dəstək göstərmək.
- Tələb olduqda, gündəlik iş prosesində rəhbəri tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.