FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Məhkəmə işləri üzrə Hüquqşünas

Məhkəmə işləri üzrə Hüquqşünas

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

Dünən

237

Təsvir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Məhkəmə işləri üzrə Hüquqşünas vəzifəsini elan edir.

 

Əsas öhdəlikləri:

  • Təşkilatın mövqeyinin lazımi qaydada müdafiə olunması istiqamətində bütün daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;
  • Məhkəmə proseslərində, İcra şöbələrində və digər dövlət və özəl Təşkilatlarda Təşkilatın maraqlarını müdafiə etmək, Məhkəmə proseslərindən sonra həmin prosesin gedişatı və nəticəsi barədə birbaşa Rəhbərinə məlumat vermək, regionlara məhkəmə proseslərində iştirak etmək məqsədi ilə davamlı olaraq səfərlər etmək;
  • Məhkəmə aktları məhkəmə tərəfindən rəsmi olaraq Təşkilata göndərilmədikdə onların alınması üçün bütün mümkün tədbirləri görür, şifahi və yazılı müraciətlər etmək;
  • İcraatında olan işlərin icrası vəziyyəti barədə Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək;
  • Məhkəmədən, hüquq mühafizə orqanlarından və digər dövlət orqanlarından gələn sorğu və məktubların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə cavablandırılması üçün tədbirlər görmək.
  • Bilavasitə tabe olduğu Şöbə rəhbərinin bütün digər tapşırıqlarını icra edir.


Qeyd: qeyd olunan öhdəliklərdən yalnız birin, bir necəsinin və ya proporsional qaydada hamısının verilməsi Departament daxilindəki iş bölgüsünə uyğun  olaraq Departament rəhbəri tərəfindən birtərəfli qaydada müəyyən edilir.


Tələblər

Təhsil və Təcrübə:

  • Hüquqşünas ixtisası üzrə ali təhsil;
  • Hüquq sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;
  • Mülki, mülki-prosessual və bank qanunvericiliyini lazımı səviyyədə bilməli;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək.


Vakansiya haqqında

Son tarix

January 18, 2026

Paylaşılıb

yanvar 5, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü
  • Peşəkar beynəlxalq iş mühiti