FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Mərkəzləşdirilmiş Yığım Meneceri

Mərkəzləşdirilmiş Yığım Meneceri

05-09-2024

1K

Təsvir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Mərkəzləşdirilmiş Yığım Meneceri vəzifəsini elan edir.


Mərkəzləşdirilmiş Yığım Meneceri FINCA Azərbaycanda Mərkəzləşdirilmiş Yığım Departamentinin işini təşkil etmək və idarə etməkdən birbaşa məsuldur. Yığım şöbəsinin rəhbəri olaraq, bu şəxs şöbənin əməkdaşlarının işini müşahidə edəcək və izləyəcək, hesabatları alacaq və yuxarı rəhbərliyə təqdim edəcək. Şöbənin iş prosedurlarını yaxşılaşdırmaq və təkmilləşdirməkdən birbaşa məsuldur. Lazım gəldikdə, yığım supervayzerlərinin, yeni əməkdaşların işə qəbulu, seçilməsi və təliminə dəstək olacaq. Mərkəzləşdirilmiş Yığım Meneceri təyin olunmuş yığım supervayzerlərinin yüksək keyfiyyətli iş nümayiş etdirməsini təmin edəcək, qısamüddətli və uzunmüddətli mərkəzləşdirilmiş yığım strategiyalarının inkişafını dəstəkləyəcək. Hal-hazırkı yığım proseslərinin və proqramlarının effektivliyini artırmaq üçün çalışacaq.



Əsas vəzifələrə aşağıdakı sahələr daxildir, lakin digər öhdəliklər də təyin edilə bilər:

• Mərkəzləşdirilmiş Yığım komandası vasitəsilə hədəf qrupunda yığım məqsədlərinə çatmaq, həm qısamüddətli, həm də uzunmüddətli strateji və əməliyyat planlarına uyğun irəliləyişi təmin etmək.

• Təşkilatın yığım siyasətini başa düşmək, təşkilatın PAR (Riskdə Portfel) hədəfini əldə etməyə önəm vermək.

• Müştəri kredit tarixçələrini bərpa etmək üçün səy göstərmək, təşkilatın müştəri bazasını qorumaq üçün yığım proseslərini təşkil etmək.

• Mərkəzləşdirilmiş Yığım Şöbəsinin işçilərinə ən yaxşı təcrübələr, sistemlər, siyasətlər, prosedurlar və sənədlər (maliyyə xidmətləri və digərləri) haqqında məlumat vermək və təlim keçmək.

• Mövcud sistemlər, siyasətlər və prosedurların təkmilləşdirilməsi təkliflərini İdarə Heyətinə təqdim etmək və yeni ideyaların tətbiqinə kömək etmək.

• Mərkəzləşdirilmiş Yığım Supervayzerlərinin gündəlik iş bölgüsünü prioritetləşdirmək, onları izləmək, zəif nöqtələri qiymətləndirmək və müvafiq təlimlər vermək.

• Komandadakı Nəzarətçilərin iş performansını artırmaq, təşkilatın gözləntilərini başa düşmələrini və qəbul etmələrini təmin etməkdən məsul olmaq.

• Lazım olduqda yeni/təkmilləşdirilmiş Mərkəzləşdirilmiş Yığım xidmətlərini dizayn etmək, test etmək və yaymaqda kömək etmək.

• Təlimatlara dəyişikliklər və əlavələr edilməsi, yeni MEMO-ların hazırlanmasında fəal iştirak etmək.

• Bütün biznes fəaliyyətlərinin şirkət dəyərləri, siyasətləri və etik davranış standartlarına uyğun olmasını təmin etmək.

• Birbaşa menecer tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

• Komanda üzvlərinin fəaliyyətində qarşılaşılan problemləri analiz etmək və alternativ həllər tapmaq.

• Aktiv Portfel keyfiyyətinə risk faktorlarını davamlı olaraq analiz etmək, bu barədə aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərliyə təqdim etmək.

• Komandanın KPI-lərini (Əsas fəaliyyət göstəriciləri) daimi nəzarətdə saxlamaq, lazımlı olduqda göstəriciləri tənzimləmək və əlavə etmək, onları təşkilatın məqsədləri ilə uyğunlaşdırmaq.

• Mərkəzləşdirilmiş yığım siyasətlərini, qaydalarını və proses sxemlərini inkişaf etdirmək, nəzərdən keçirmək və yaxşılaşdırmaq; əməkdaşlara dəqiq təlimatlar vermək və müştəri təcrübəsini və xidmət effektivliyini artırmağa diqqət yetirmək.



Tələblər

Tələblər:


Təhsil və Təcrübə


• Maliyyə, İqtisadiyyat, Hüquq və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi.

• Problemli kreditlər üzrə ən azı 5 illik iş təcrübəsi və çağrı mərkəzində yığım üzrə ən azı 2 illik təcrübəsi olan namizədlərə üstünlük verilir. Kredit sahəsində təcrübə yüksək qiymətləndirilir.

• Ümumi idarəetmə sahəsində ən azı 4 illik təcrübə tələb olunur.


Dil bilikləri:


Azərbaycan və İngilis dilini mükəmməl bilməsi tələb olunur.


Əsas bacarıqlar:


• Yığım prosesləri və prosedurları barədə bilik.

• Kredit məhsulları, siyasətləri və prosedurları haqqında anlayış.

• Portfel keyfiyyətini ölçmək, təhlil etmək və proqnozlaşdırmaq qabiliyyəti.

• Portfel riskinə görə məsuliyyət yaratmaq bacarığı.

• Hesabat üçün avtomatlaşdırma həlləri təklif etmək qabiliyyəti.

• Əla ünsiyyət və aktiv dinləmə bacarıqları.

• Yenilik və yaradıcı yanaşma.

• Komanda işi və idarəetmə bacarıqları.

• Əla analitik və təşkilati bacarıqlar.

 

Vakansiya haqqında

Son tarix

sentyabr 18, 2024

Paylaşılıb

sentyabr 5, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Push30
  • Peşəkar beynəlxalq iş mühiti
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar