Facility Management Group

Elektrik mühəndisi

18-07-2024

1.1K

Bağlanılıb

Təsvir

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin sahəyə tətbiqi barədə hesabat təqdim etmək;
  • Tikinti sahəsində elektrik sistemlərin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.


Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə sifarişçi təcrübəsinin olması (minimum 3 il);
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: ORACLE Aconex (başlanğıc səviyyə), MS Office, AutoCAD;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq;
  • Komanda üzrü olmaq və ixtisası üzrə həll yollarını təqdim
  • etmək

Vakansiya haqqında

Son tarix

avqust 27, 2024

Paylaşılıb

iyul 18, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak

İmtiyazlar

  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi siğorta