Şirkətimizə tikinti sahəsində keyfiyyətə nəzarət proseslərinin düzgün və vaxtında icrasını təmin edəcək Keyfiyyətə nəzarət mühəndisi axtarırıq. Bu vəzifənin əsas məqsədi materialların, avadanlıqların və icra olunan tikinti-quraşdırma işlərinin layihə tələblərinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsidir
- Müəssisəyə daxil olan material, avadanlıq və məhsulların dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
- Tikinti və təmir-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi cizgilərinə və normativ tələblərə uyğun icrasını təmin etmək;
- Rekvizisiyaçılardan və subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;
- Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət etmək;
- Keyfiyyətin idarə edilməsi planı, prosedurlar, inspeksiya və test planlarının hazırlanmasında və icrasında iştirak etmək;
- Daxil olan materialların mənşə və keyfiyyət sertifikatlarını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə müvafiq hesabatlar hazırlamaq;
- Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
- Tikinti sahəsində aparılan işlərə, texnoloji proseslərə və materialların saxlanma şəraitinə nəzarət etmək;
- Daxili və xarici auditlərdə iştirak etmək, ISO və digər müvafiq standartların tələblərinə riayət olunmasını təmin etmək;
- Ölçü alətləri və tikintidə istifadə olunan avadanlıqların kalibrasiyası və sertifikatlaşdırılmasına nəzarət etmək;
- Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə proseslər üzrə təhlillər aparmaq və rəhbərliyə təkliflər vermək.
- Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
- Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
- Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
- Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək.