Facility Management Group
Ana səhifə
/
/
/
SƏTƏMM üzrə aparıcı mühəndis

SƏTƏMM üzrə aparıcı mühəndis

15-10-2024

3.1K

Təsvir

• Təlim ehtiyaclarını müəyyənləşdirmək;

• Plan və təqvimə əsasən gündəlik təlimləri keçmək;

• Struktur bölümlərdə vaxtaşırı təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;

• Həftəlik, aylıq keçirilmiş təlimlər və biliklərin yoxlanılması ilə bağlı şöbə müdirinə hesabat vermək;

 • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;

 • İş yerində zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;

• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;

• Müvafiq şöbələrin nümayəndələri ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;

• Struktur bölmələrin ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;

• Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;

• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;

• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;

• Mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasını təşkil etmək;

• İş yerində bədbəxt hadisələrin araşdırılmasında iştirak;

• İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini müəyyən edilməsi;

• Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirlərə dair tövsiyələr vermək;

• İş şəraitini, avadanlıqları yerli qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi.

Tələblər

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Təqdimat hazırlamaq və təqdimetmə bacarığı;
  • Azərbaycan Respublikasının qanunvericiliyini (Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, SƏTƏMM sahəsində təsdiq edilmiş AR-nin Qanunları, normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) bilməli;
  • Azərbaycan dili (mükəmməl);
  • İngilis və Rus dilləri yaxşı,;
  • Microsoft Office (Word/Excel/PowerPoint).


Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il, (Tikinti sahəsində 1 il iş təcrübəsi)


Vakansiya haqqında

Son tarix

noyabr 29, 2024

Paylaşılıb

oktyabr 15, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər

İmtiyazlar

  • • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi siğorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Performansdan aslı olaraq bonuslar