Facility Management Group
Ana səhifə
/
/
/
Yanğın təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

Yanğın təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

Bu gün

8

Təsvir

Şirkətimiz yanğın təhlükəsizliyi sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək Yanğın təhlükəsizliyi üzrə aparıcı mütəxəssis axtarır. Namizəd yanğın risklərinin qiymətləndirilməsi, mövcud sistemlərə nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsində iştirak edəcək.


  • Yanğın təhlükəsizliyi üzrə risklərin qiymətləndirilməsi və təhlilinin aparılması;
  • Yanğın xəbərdaredici siqnalizasiya və yanğınsöndürmə sistemlərinin (odsöndürən balonlar, sulu söndürmə, FM200 və s.) monitorinqinin həyata keçirilməsi;
  • Sistemlərə texniki xidmət göstərən podratçı şirkətlərin fəaliyyətinə nəzarət edilməsi;
  • Yanğın əməliyyat planlarının hazırlanmasının təşkili;
  • FHN tərəfindən keçirilən yoxlamaların təşkili və koordinasiya olunması;
  • Yanğın hadisələrinin araşdırılması, potensial təhlükələrin müəyyənləşdirilməsi və profilaktik tədbirlərin təklif olunması;
  • Yanğın təhlükəsizliyi üzrə normativ tələblərin və yeni texnologiyaların izlənilməsi;
  • Görülmüş işlər və təhlükəsizlik tədbirləri üzrə hesabatların hazırlanması.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Yanğın təhlükəsizliyi sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Yanğın təhlükəsizliyi qaydaları, standartları və texniki sistemləri üzrə biliklər;
  • Yanğın təhlükəsizliyi idarəetməsi üzrə sertifikatların olması üstünlükdür;
  • Normativ və texniki sənədlərlə işləmək bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Detallara diqqət və təhlükəsizlik məsələlərinə məsuliyyətli yanaşma.


Vakansiya haqqında

Son tarix

July 29, 2026

Paylaşılıb

iyun 29, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər

İmtiyazlar

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər