Qəbul, yoxlama, saxlama, materialların buraxılışı, geri qaytarmaların qəbulu, yükləmə və göndərmə daxil olmaqla anbar əməliyyatlarını idarə etmək; təhlükəsiz və səmərəli iş proseslərini təmin etmək.
Bütün mal və material hərəkətlərinin səlahiyyətli şəxslər tərəfindən təsdiqlənməsini, sənədlərlə əsaslandırılmasını və ERP sistemində düzgün və vaxtında qeyd edilməsini təmin etmək; məhsul, partiya və yerləşmə yeri üzrə izlənməni təmin etmək.
Saxlanma, etiketləmə və ehtiyatların istifadə və buraxılış ardıcıllığını təşkil etmək, uyğun hallarda FIFO və FEFO prinsiplərini tətbiq etmək; materialları və hazır məhsulları zədələnmədən və keyfiyyətin pisləşməsindən qorumaq.
Material ehtiyaclarını qabaqcadan müəyyənləşdirmək üçün İstehsalat və Satınalma şöbələri ilə koordinasiya qurmaq, ehtiyat səviyyələrinə nəzarət etmək və çatışmazlıqlar istehsalata təsir etməzdən əvvəl aidiyyəti rəhbərliyə məlumat vermək.
Göndərmə tələblərinin yerinə yetirilməsi üçün Satış və Logistika şöbələri ilə koordinasiya qurmaq; məhsul buraxılmazdan əvvəl miqdarı, məhsulun sifarişə uyğunluğunu, vəziyyətini və müşayiətedici sənədləri yoxlamaq.
Maliyyə şöbəsi ilə birlikdə müntəzəm dövri sayımlar və dövri tam inventarizasiyalar aparmaq; fərqləri araşdırmaq, əsas səbəbləri müəyyənləşdirmək və düzəldici tədbirlər həyata keçirmək.
İcazəsiz mal və material hərəkətlərinin, itkilərin və səhv yükləmələrin qarşısını alan nəzarət mexanizmləri qurmaq; hadisələr barədə dərhal məlumat vermək və tədbirlərin tam icrasını izləmək.
Yavaş dövriyyəli, istifadəyə yararsız və ya köhnəlmiş və zədələnmiş ehtiyatları izləmək; artıq ehtiyatları azaltmaq və anbar sahəsindən daha səmərəli istifadə etmək üçün aidiyyəti şöbələrlə birlikdə tədbirlər təklif etmək.
İşçi qüvvəsinə ehtiyacı və növbələri planlaşdırmaq, vəzifələri bölüşdürmək, əməkdaşlara təlim keçmək və komandanın fəaliyyətini dəqiqlik, məhsuldarlıq və intizam tələblərinə uyğun idarə etmək.
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, iş yerində səliqə və təmizlik və materialların təhlükəsiz daşınması tələblərinə riayət olunmasını təmin etmək.
Anbarın əsas fəaliyyət göstəriciləri, əməliyyat riskləri, həll olunmamış uyğunsuzluqlar və düzəldici tədbirlər barədə rəhbərliyə hesabat vermək.
Tələblər
Anbar, logistika və ya ehtiyatların idarə olunması sahəsində minimum beş il iş təcrübəsi; bunun ən azı üç ili istehsalat və ya sənaye mühitində anbarın və onun komandasının idarə olunması üzrə olmalıdır.
Mal və material hərəkətlərinə nəzarət, uçot məlumatlarının üzləşdirilməsi və hesabatların hazırlanması üçün ERP və ya anbar idarəetmə sistemlərindən istifadə üzrə sübut olunmuş praktiki təcrübə.
Ehtiyatların uçot dəqiqliyinin artırılması, itkilərin azaldılması, uyğunsuzluqların həlli, istehsalatın təmin edilməsi və müştərilərə məhsul göndərilməsinin dəstəklənməsi üzrə konkret nəticələr.
Xammal, istehsalat materialları və hazır məhsullarla iş təcrübəsi; tekstil sənayesində təcrübə üstünlükdür.
Ali təhsil; Logistika, Təchizat zəncirinin idarə edilməsi, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə təhsilə üstünlük verilir.
Güclü liderlik, tapşırıqların bölüşdürülməsi və əməkdaşların fəaliyyət nəticələrinin idarə olunması bacarıqları.
Ehtiyatlara nəzarət, dövri sayımlar, anbar qalıqlarının üzləşdirilməsi, anbar sənədləşməsi və FIFO/FEFO prinsipləri üzrə yaxşı biliklər.
Ehtiyatların təhlili və hesabatların hazırlanması üçün güclü analitik bacarıqlar və Excel üzrə praktiki biliklər.