Komandamıza sosial medianı sevən, yaradıcı ideyaları ilə fərq yaradan və dinamik iş mühitinə uyğunlaşan eyni zamanda tədbirlərimiz üçün Reels və qısa videolar hazırlayacaq əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri:
- Instagram, Facebook, Tiktok və digər sosial media vasitələri üzərindən gələn mesaj və rəyləri operativ, dəqiq və nəzakətli şəkildə cavablandırmaq;
- Valideyn və şagirdlərə olimpiadalar, qeydiyyat və tədbirlər barədə təsdiqlənmiş məlumatları təqdim etmək;
- Əlavə araşdırma tələb edən müraciətləri aidiyyəti əməkdaşa yönləndirmək və cavabsız qalmamasını izləmək;
- Olimpiada və tədbirlərdə Reels, Stories və digər qısa videolar çəkmək;
- Çəkilən videoları mobil tətbiqlərdə montaj edib yayıma hazırlamaq;
- Sosial media üçün video ideyaları və qısa mətnlər təklif etmək;
- Kontent planının icrasında komanda ilə əməkdaşlıq etmək.