Grand-Agro MMC
Ana səhifə
/
/
/
Əməliyyatların planlanması üzrə aparıcı mütəxəssis

Əməliyyatların planlanması üzrə aparıcı mütəxəssis

  • Grand-Agro MMC
  • C58H+725, Türkan şossesi, Baku 1010, Azərbaycan
  • Tam ştat

Bu gün

357

Təsvir

  • Bağçılıq və istehsalat üzrə illik və mövsümi əməliyyat planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Aqronomik tədbirlərin, suvarma, gübrələmə, budama və bitki mühafizəsi işlərinin planlaşdırılmasını koordinasiya etmək;
  • Bitkilərin inkişaf mərhələlərini izləmək və plandan kənarlaşmaları müəyyən etmək;
  • Məhsul yığımı dövrü üzrə vaxt qrafikini, işçi qüvvəsi, texnika və logistika ehtiyaclarını planlaşdırmaq;
  • Məhsul yığımının gündəlik və həftəlik icrasını izləmək və hesabatlar hazırlamaq;
  • Kənd təsərrüfatı texnikalarının əməliyyat mərhələlərinə uyğun hazırlığını və əlçatanlığını koordinasiya etmək;
  • Bağlar üzrə su sərfiyyatını izləmək, suvarma səmərəliliyini təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
  • Əmək məhsuldarlığı, texnikadan istifadə, hektara və ton başına düşən xərclər üzrə göstəriciləri təhlil etmək;
  • Aylıq əməliyyat hesabatlarını hazırlamaq, istehsalat göstəricilərini və mövcud riskləri rəhbərliyə təqdim etmək;
  • Məhsul yığımı həcmlərinin emal müəssisəsinin istehsal gücünə uyğun planlaşdırılmasını təmin etmək;
  • Kommersiya və digər struktur bölmələri istehsal həcmləri və məhsul yığımının vaxtı barədə məlumatlandırmaq;
  • Əməliyyat proseslərində səmərəliliyin artırılması və resurslardan optimal istifadəyə dair təkliflər hazırlamaq.


Tələblər

  • Aqronomluq, kənd təsərrüfatı, istehsalatın idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil;
  • Kənd təsərrüfatı əməliyyatları, təsərrüfat idarəçiliyi və ya istehsalatın planlaşdırılması sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Bağçılıq və çoxillik bitkilərin yetişdirilməsi sahəsində təcrübə üstünlükdür;
  • İllik və mövsümi istehsalat planlarının hazırlanması və icrası üzrə biliklər;
  • Suvarma sistemləri və su resurslarından səmərəli istifadə üzrə biliklər;
  • Kənd təsərrüfatı texnikaları və mexanikləşdirmə prosesləri haqqında məlumatlılıq;
  • Excel və hesabatlılıq alətləri üzrə yaxşı bilik;
  • Məlumatların təhlili və plan-fakt müqayisələrinin aparılması bacarığı;


Vakansiya haqqında

Son tarix

December 17, 2026

Paylaşılıb

noyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Nahar təminatı
  • Təlim dəstəyi
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Servislə təmin olunur