“Grand-Agro İnvitro” MMC
Ana səhifə
/
/
/
İnsan resursları üzrə baş mütəxəssis

İnsan resursları üzrə baş mütəxəssis

Bu gün

95

Təsvir

Şirkət haqqında məlumat


Agro Food Investments” MMC (AFI) Azərbaycanın aparıcı aqrar və qida sənayesi şirkətlər qrupundandır. Şirkət fındıq, badam, zeytun, çay və digər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərir. AFI-nin tərkibinə daxil olan “Grand-Agro İnvitro” MMC klonlaşdırma üsulu ilə virusdan azad bitkilərin çoxaldılması üzrə ixtisaslaşıb və illik 4 milyon bitki yetişdirmə potensialına malikdir. AFI və onun törəmə müəssisələri aqrar sahədə innovativ yanaşmalar tətbiq edərək yerli və beynəlxalq bazarlarda rəqabətqabiliyyətli məhsullar təqdim edir.


VƏZİFƏ ÖHDƏLİKLƏRİ


İnsan Resursları üzrə:

·       Əmək qanunvericiliyinin və qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə insan resursları şöbəsinin proseslərinin düzgün icrasını təmin etmək;

·       Struktur bölmələr üzrə işçi ehtiyaclarını və tələbləri müəyyən edərək işə qəbul prosesini təşkil etmək;

·       İşə qəbul olunmuş əməkdaşlarla bağlı sənədləşmə, adaptasiya və orientasiya proseslərini həyata keçirmək və nəzarət etmək;

·       Ehtiyat kadr bazasının formalaşdırılması və daimi yenilənməsini təmin etmək;

·       Şirkət üzrə təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, illik təlim planını hazırlamaq və həyata keçirilməsini təmin etmək;

·       İnsan Resursları şöbəsinin fəaliyyət planını, hesabatlarını və illik büdcəsini hazırlamaq, icrasına nəzarət etmək;

·       İldə iki dəfə komanda quruculuğu proqramlarının təşkili və sosial məsuliyyət layihələrinin həyata keçirilməsini təmin etmək.

·       İşçilərin şəxsi işlərinin və arxiv sənədlərinin düzgün qeydiyyatını və mühafizəsini təmin etmək;

·       İşçilərin motivasiya və karyera inkişafı ilə bağlı təkliflər hazırlamaq;

·       İş vaxtının tabel uçotuna, əməkhaqqı hesablanmasına və məzuniyyət planlamasına nəzarət etmək;

·       Daxili nizam-intizam, gigiyena və SƏTƏM qaydalarına əməl olunmasına nəzarət etmək.

·      İnzibati işlər üzrə:

·       Ezamiyyətlərin planlanması, koordinasiyası və sənədləşdirilməsini təmin etmək;

·       Sürücülərin və xadimələrin fəaliyyətinə nəzarət etmək;

·       Şirkət üzrə gündəlik yemək sifarişlərinin düzgün və vaxtında həyata keçirilməsinə nəzarət etmək;

·       Ofis üçün zəruri ehtiyacların müəyyən edilməsi, sifarişlərin və tədarüklərin planlaşdırılmasını təmin etmək;

·       Ofisdaxili inzibati işlərin səmərəli təşkili və idarə edilməsini təmin etmək;

Tələblər

Tələblər


·      Ali təhsil;

·      İnsan resursları və ya müvafiq sahədə minimum 5 il iş təcrübəsi;

·      Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarıqları;

·      Yüksək ünsiyyət və komanda işini təşkil etmə bacarığı;

·      Problemləri həll etmə və qərarvermə bacarığı;

·      Çoxsaylı tapşırıqları idarə etmək bacarığı;

·      Təşkilati və idarəetmə bacarıqları.

Vakansiya haqqında

Son tarix

December 9, 2025

Paylaşılıb

oktyabr 30, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə