Qurumun brend strategiyasının hazırlanıb, icrasının təmin edilməsi;
Marketinq kommunikasiyalarının Agentliyin ümumi biznes məqsədləri ilə uyğunluğunun təmin edilməsi;
Reklam, PR və rəqəmsal marketinq fəaliyyətlərinin idarə edilməsi və əlaqəli şöbələrlə koordinasiyanın aparılması;
Brendin tanınması və bazardakı mövqeyini gücləndirmək üçün müvafiq tədbirlərin görülməsi;
Reklam və kommunikasiya kampaniyalarının hazırlanması və icrasının nəzarətdə saxlanılması;
Daxili və xarici marketinq materiallarının (dizayn, kontent, vizual və s.) brend tələblərinə uyğun hazırlanmasının təmin edilməsi;
Müştəri davranışları və bazar tendensiyalarının analiz edilərək marketinq strategiyasının inkişaf etdirilməsi;
Büdcənin effektiv idarə edilməsinin və marketinq xərclərinin optimallaşdırılmasının təmin edilməsi;
Agentliklər və tərəfdaşlarla əməkdaşlığın qurulması və idarə edilməsi;
Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
Brend menecment və marketinq kommunikasiyaları sahəsində ən azı 7 il iş stajı;
Strateji düşünmə və analiz etmə bacarığı;
Effektiv ünsiyyət və komanda idarəetmə qabiliyyəti;
Kreativ yanaşma və innovativ həllər tapmaq bacarığı;
Rəqəmsal marketinq və sosial media platformaları üzrə biliklər;
Layihə idarəetmə və multitasking bacarığı;
Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı.
Vakansiya haqqında
Son tarix
August 5, 2026
Paylaşılıb
iyul 6, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr