İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Anbar idarəetməsi və uçot üzrə baş mütəxəssis

Anbar idarəetməsi və uçot üzrə baş mütəxəssis

Bu gün

123

Təsvir

• Anbara daxil olan və çıxan maddi-əmtəə dəyərlilərinin (MƏD), avadanlıqların və inventarların tam maddi məsuliyyətini daşımaq, onların saxlanılmasını və təhlükəsizliyini təmin etmək.

• Anbar əməliyyatlarının (məxaric, daxilolma, silinmə, transfer) müvafiq proqram təminatında (ERP/1C/Excel) dəqiq və vaxtında uçotunu aparmaq.

• Malların daxilolması zamanı müşayiətedici sənədləri (qaimə, akt, hesab-faktura və s.) yoxlamaq, fiziki sayımı aparmaq və uyğunsuzluq olduqda aktlaşdırmaq.

• İntellektual, texnoloji və idarəetmə aktivlərinin, elektron avadanlıqların və digər materialların təyin olunmuş qaydalar üzrə uçotunu və hərəkətini izləmək.

• Material və avadanlıqların struktur bölmələrinə təhvil-təslim prosesini müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirmək.

• Anbar qalıqları, mal hərəkəti və dövriyyəsi üzrə gündəlik, həftəlik və aylıq maliyyə-uçot hesabatlarını hazırlayıb rəhbərliyə və Maliyyə departamentinə təqdim etmək.

• Dövri və illik inventarizasiya (sayım) proseslərində birbaşa iştirak etmək, faktiki qalıqlarla uçot göstəricilərini tutuşdurmaq və kənarlaşmaları analiz edərək hesabat vermək.

• Xarab olmuş, zədələnmiş, istifadəyə yararsız və ya mənəvi köhnəlmiş aktivlərin müəyyən edilərək silinməsi üçün təkliflər və aktlar hazırlamaq.

• Anbar sahəsində optimal yerləşdirmə, adresasiya və logistika qaydalarını tətbiq etmək, anbarın səliqəli və nizamlı saxlanılmasını təmin etmək.

Tələblər

• Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya bənzər alət/sahələr üzrə ali təhsil.

• Anbar idarəetməsi, material-uçotu və ya maliyyə/mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi.

• İlkin mühasibatlıq və maliyyə uçotu prinsiplərini, aktivlərin amortizasiyası və silinməsi mexanizmlərini yaxşı səviyyədə bilmək.

• 1C (və ya digər ERP sistemləri) və MS Office (xüsusilə MS Excel – cədvəllər, düsturlar və hesabatlılıq üçün) proqramlarını yüksək səviyyədə bilmək.

• Rəsmi təhvil-təslim aktları, qaimələr, silinmə aktları və daxili hesabat formaları ilə işləmək bacarığı.

• Yüksək məsuliyyət hissəsi, dürüstlük, detallara diqqətlilik və analitik düşüncə qabiliyyəti.

• Maddi məsuliyyət müqavilələri və inventarizasiya aparılması qaydaları üzrə biliyə sahib olmaq.

Vakansiya haqqında

Son tarix

November 29, 2026

Paylaşılıb

oktyabr 29, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə