İRİA-nın Rəqəmsal məhsullar departamentinə qoşulmaq üçün məhsul idarəetmə bacarıqlarına malik güclü Layihə meneceri axtarırıq. Bu vəzifə mygov platformasının yeni G2B (Dövlət – Biznes) istiqamətində aparılan təşəbbüslərin idarəetməsini öz üzərinə götürəcək. Rolun əsas məqsədi sahibkarlar və bizneslər üçün dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını təmin etmək, dövlət platformaları ilə özəl sektor arasında inteqrasiyanı gücləndirməkdir.
- Məhsulun ümumi vizyonunu formalaşdırmaq, dəyər təklifini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək.
- Məhsulun beynəlxalq vendor ilə birgə yaradılaraq idarə olunmasını təmin etmək; statusların izlənməsi, risklərin və asılılıqların idarə edilməsi, layihə planının yerinə yetirilməsinə nəzarət etmək.
- Layihə sənədlərini (Project Charter, Roadmap, Risk Register, Stakeholder Map və s.) hazırlamaq, yeniləmək və idarə etmək; mərhələlərin (milestone) uğurlu icrasını və effektiv hesabatlılığı təmin etmək.
- Büdcə, resurs, keyfiyyət və vaxt çərçivələrini effektiv idarə etmək, dəyişikliklərə qarşı çevik qərarlar qəbul etmək.
- Tapşırıqları və komanda fəaliyyətini layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırmaq, prioritetləşdirmək və izləmək.
- Maraqlı tərəflərlə (dövlət qurumları, vendor, texniki və məhsul komandaları) koordinasiyanı təmin etmək; qarşılıqlı gözləntiləri və qərarvermə prosesini idarə etmək.
- Effektiv və müasir təqdimatlar hazırlamaqla, məhsul/layihə barədə məlumatlılığı təmin etmək.
- Layihənin keçid mərhələsini məhsula çevrilməyə hazırlamaq — davamlı inkişaf, ölçülə bilən nəticələr və istifadəçi yönümlü məhsul idarəçiliyi üçün əsasları qurmaq.
- Backlog-u formalaşdırmaq və idarə etmək; məhsul komandası üçün tapşırıqları müəyyənləşdirmək, user story və acceptance kriteriyaları hazırlamaq, davamlı inkişaf prosesini idarə etmək.
- Mümkün olduqca Agile metodologiyalarını (Scrum, Kanban) tətbiq etmək, məhsul və icra proseslərinin müvafiq metriklərini izləmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirib həyata keçirmək.
- Layihə və məhsul strategiyasını KPI-lar və təşkilatın rəqəmsal strategiyası ilə uyğunlaşdırmaq, normativ və hüquqi tələblərə riayət olunmasını təmin etmək.
- Qeyri-müəyyənlik şəraitində struktur və prioritetlər formalaşdırmaq, innovativ və çevik yanaşmalar tətbiq etmək.
- Komanda motivasiyasını və əməkdaşlıq mühitini qorumaq; məsuliyyət, şəffaflıq və hesabatlılıq mədəniyyətini təşviq etmək.