İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Aparıcı layihə meneceri (Rəqəmsal məhsulların inkişafı)

Aparıcı layihə meneceri (Rəqəmsal məhsulların inkişafı)

Bu gün

14

Təsvir

İRİA-nın Rəqəmsal məhsullar departamentinə qoşulmaq üçün məhsul idarəetmə bacarıqlarına malik güclü Layihə meneceri axtarırıq. Bu vəzifə mygov platformasının yeni G2B (Dövlət – Biznes) istiqamətində aparılan təşəbbüslərin idarəetməsini öz üzərinə götürəcək. Rolun əsas məqsədi sahibkarlar və bizneslər üçün dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını təmin etmək, dövlət platformaları ilə özəl sektor arasında inteqrasiyanı gücləndirməkdir.


  • Məhsulun ümumi vizyonunu formalaşdırmaq, dəyər təklifini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək.
  • Məhsulun beynəlxalq vendor ilə birgə yaradılaraq idarə olunmasını təmin etmək; statusların izlənməsi, risklərin və asılılıqların idarə edilməsi, layihə planının yerinə yetirilməsinə nəzarət etmək.
  • Layihə sənədlərini (Project Charter, Roadmap, Risk Register, Stakeholder Map və s.) hazırlamaq, yeniləmək və idarə etmək; mərhələlərin (milestone) uğurlu icrasını və effektiv hesabatlılığı təmin etmək.
  • Büdcə, resurs, keyfiyyət və vaxt çərçivələrini effektiv idarə etmək, dəyişikliklərə qarşı çevik qərarlar qəbul etmək.
  • Tapşırıqları və komanda fəaliyyətini layihə idarəetmə alətləri (Jira, Confluence və s.) vasitəsilə planlaşdırmaq, prioritetləşdirmək və izləmək.
  • Maraqlı tərəflərlə (dövlət qurumları, vendor, texniki və məhsul komandaları) koordinasiyanı təmin etmək; qarşılıqlı gözləntiləri və qərarvermə prosesini idarə etmək.
  • Effektiv və müasir təqdimatlar hazırlamaqla, məhsul/layihə barədə məlumatlılığı təmin etmək.
  • Layihənin keçid mərhələsini məhsula çevrilməyə hazırlamaq — davamlı inkişaf, ölçülə bilən nəticələr və istifadəçi yönümlü məhsul idarəçiliyi üçün əsasları qurmaq.
  • Backlog-u formalaşdırmaq və idarə etmək; məhsul komandası üçün tapşırıqları müəyyənləşdirmək, user story və acceptance kriteriyaları hazırlamaq, davamlı inkişaf prosesini idarə etmək.
  • Mümkün olduqca Agile metodologiyalarını (Scrum, Kanban) tətbiq etmək, məhsul və icra proseslərinin müvafiq metriklərini izləmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirib həyata keçirmək.
  • Layihə və məhsul strategiyasını KPI-lar və təşkilatın rəqəmsal strategiyası ilə uyğunlaşdırmaq, normativ və hüquqi tələblərə riayət olunmasını təmin etmək.
  • Qeyri-müəyyənlik şəraitində struktur və prioritetlər formalaşdırmaq, innovativ və çevik yanaşmalar tətbiq etmək.
  • Komanda motivasiyasını və əməkdaşlıq mühitini qorumaq; məsuliyyət, şəffaflıq və hesabatlılıq mədəniyyətini təşviq etmək.


Tələblər

  • Ali təhsil (İT, biznes idarəçiliyi, layihə idarəetməsi və ya müvafiq sahə üzrə);
  • Rəqəmsal layihələrin idarə olunması sahəsində minimum 4 il iş təcrübəsi(dövlət və biznes/korporativ istiqamətlər üstünlükdür).
  • Qanunvericilik aktlarının məhsul proseslərinə tətbiqini başa düşmək və təmin etmək bacarığı.
  • G2C/G2G/G2B məhsullarının idarə olunmasında praktiki təcrübə arzuolunandır
  • Müasir veb arxitekturalar: mikoservislər, API-lər üzərindən inteqrasiya, vahid giriş (SSO) və s. üzrə biliklər.
  • Texniki həlləri qiymətləndirmək, sistem analizi aparmaq, məhsul tələbləri (PRD) və yenidən dizayn sənədləri hazırlamaq bacarığı.
  • Strateji yol xəritəsi hazırlama və yüksək səviyyəli maraqlı tərəflərlə iş üzrə bacarıq.
  • Yazılı və şifahi ingilis dili biliyi vacibdir (rus dili üstünlükdür).
  • PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir; PRINCE2 (üstünlükdür)

Texniki alətlər: MS Project, Jira, Clickup, AI modelləri və s. ilə işləmə təcrübəsi.

Vakansiya haqqında

Son tarix

November 18, 2026

Paylaşılıb

oktyabr 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə