İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Red Team)

İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Red Team)

Dünən

63

Təsvir

  • Müəllimlər və tələbələr arasında effektiv ünsiyyətin təmin edilməsi məqsədilə əlaqələndirici şəxs kimi çıxış etmək; 
  • Kursla bağlı yeniləmələri, elanlar və gözləntilərin aydın və vaxtında çatdırılmasını təmin edərək müəllimlər və tələbələr arasında əsas əlaqə nöqtəsi kimi çıxış etmək;
  • Müəllimlərə tələbələrin unikal ehtiyaclarını və problemlərini anlamaqda dəstək göstərmək, onlara tələbələrin iştirakının təmin edilməsi və dərsin anlaşıqlığının maksimum dərəcədə artırılması üçün öz tədris yanaşmalarını uyğunlaşdırmağa dəstək göstərmək;
  • Fəal öyrənməni təşviq etməklə, müzakirələri asanlaşdırmaqla və tələbə sorğularını və narahatlıqlarını həll etməklə tələbələrin dərslərdə aktiv iştirakını təmin etmək;
  • Tələbələrin tədris prosesində inkişafını izləmək, dərslərdə çətinlik çəkən tələbələri müəyyən edərək lazımi dəstək və resurslarla təmin etmək;
  • Müəllimlər və tələbələrdən alınan rəylər əsasında kursun strukturunun, məzmununun və tədris metodologiyasının təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Tələbələrin real ssenarilər əsasında bacarıqlarını inkişaf etdirmək üçün Red Team praktiki tapşırıqların və simulyasiyaların həyata keçirilməsində yaranan sualların cavablandırılması;
  • Tələbələrə hücumçu (offensive) təhlükəsizlik texnikalarında real təcrübə ilə təmin etmək məqsədilə nüfuzetmə test laboratoriyalarının qurulmasında və testlərin keçirilməsində kömək etmək;
  • Red Team əməliyyatlarında istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyalarından, məsələn, nüfuzetmə testi çərçivələri və zəiflik skanerləri kimi alətlərdən istifadə zamanı yaranan çətinliklərlə bağlı tələbələrə kömək etmək;
  • Müəllimlərin lazımi tədris resursları ilə və tələbələrin dərs materialları ilə təmin olunması üçün kurs administratorları ilə əməkdaşlıq etmək;
  • Davamlı inkişafın təmin edilməsi məqsədilə müəllimlərin performansının və tələbələrin nəticələrinin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Müəllimlər, tələbələr və inzibati heyət arasında düzgün koordinasiyanın qurulması məqsədilə kurs koordinatoru və digər mentorlarla sıx əməkdaşlıq etmək.


Tələblər

  • Red Team əməliyyatları, nüfuzetmə testi və hücumçu (offensive) təhlükəsizlik texnikalarına diqqət yetirməklə kibertəhlükəsizlik sahəsində geniş bilik və təcrübə;
  • Tədris, treyninq və ya mentorluq üzrə təcrübə,;
  • Müəllimlər və tələbələr arasında effektiv qarşılıqlı əlaqənin təmin edilməsi üçün yüksək səviyyədə kommunikasiya bacarıqlarına malik olmaq;
  • Red Team əməliyyatlarında istifadə olunan kibertəhlükəsizlik alətləri, texnikaları və metodologiyaları haqqında biliklərə sahib olmaq;
  • Müxtəlif bilik və bacarıq səviyyələrinə malik tələbələrə səbrlə yanaşmaq;
  • Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqənin, vaxt cədvəllərinin və kursla bağlı fəaliyyətin effektiv idarə olunması məqsədilə yüksək səviyyədə təşkilati bacarıqlara malik olmaq;
  • Müəllimlər, tələbələr və inzibati heyətlə əməkdaşlıq bacarığı;
  • Kursun məzmununun zənginləşdirilməsi məqsədilə ən son kibertəhlükəsizlik trendləri və yeniliklər barədə araşdırmağa meylli olmaq.


Vakansiya haqqında

Son tarix

November 13, 2026

Paylaşılıb

oktyabr 14, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik