İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya üzrə Qrup Rəhbəri

Bu gün

216

Təsvir

  • İnnovasiya ekosistemi üzrə yerli və beynəlxalq layihə və proqramların planlaşdırılması, icrası və nəzarəti;
  • Çoxfunksiyalı komandanın (layihə rəhbərləri, layihə koordinatorları, mütəxəssislər və s.) fəaliyyətini idarə etmək;
  • Layihə prioritetlərinin, tapşırıqların və resursların düzgün bölüşdürülməsi və dövlət strategiya sənədlərinə uyğun icrasının təmin edilməsi;
  • Komanda daxili qərarvermə, konfliktlərin həlli və nəticə yönümlü iş mühitinin qurulması;
  • Dövlət qurumları, yerli və xarici donor təşkilatları, akademiya və özəl sektorla əməkdaşlığın idarə edilməsi;
  • Layihə büdcələrinin, risklərin, müddətlərin və hesabatların idarə olunması;
  • Qlobal innovasiya trendlərinin təhlili və milli təşəbbüslərin beynəlxalq praktikalarla uyğunlaşdırılması;
  • Yüksək səviyyəli hesabatlar, tövsiyələr və təqdimatların hazırlanması;
  • Qurumu beynəlxalq tədbirlərdə və işçi qruplarda təmsil etmək.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi, İnnovasiya, Beynəlxalq Münasibətlər və ya əlaqədar sahələr üzrə);
  • Minimum 5 il layihə və proqram idarəçiliyi təcrübəsi, İnnovasiya və startap ekosistemi üzrə ən az 2 il iş təcrübəsi, o cümlədən ən azı 2 il komanda idarəçiliyi təcrübəsi;
  • Layihə idarəetmə metodologiyaları (PMI, PRINCE2, Agile və s.) üzrə biliklər;
  • Maliyyə və hüquq sahəsi üzrə güclü bilik bazası;
  • Güclü stakeholder management və strateji düşünmə bacarıqları;
  • İngilis dili (minimum - C1 səviyyəsində) və Rus dili (arzuolunandır).
  • Beynəlxalq donor layihələri ilə iş təcrübəsi üstünlükdür;
  • PMP və ya PRINCE2 sertifikatı üstünlük sayılır.

Tələb olunan səriştələr:

  • Liderlik və komanda ruhunu gücləndirmək bacarığı;
  • Çevik düşüncə və yüksək məsuliyyət hissi;
  • Analitik yanaşma və qərarvermə çevikliyi;
  • İctimai çıxış və güclü kommunikasiya bacarıqları.

Vakansiya haqqında

Son tarix

December 9, 2025

Paylaşılıb

oktyabr 30, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə