Təsvir

  • İT layihələrində maraqlı tərəflərlə (stakeholder) görüşlər keçirmək və "DoR" (başlanğıc üçün tələblər) müəyyənləşdirmək;
  • İT layihələrinin tələblərini toplamaq, texniki tapşırıqlar hazırlamaq və texniki komandaya ötürmək;
  • Mövcud biznes proseslərini və rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək;
  • Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək;
  • Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərdə məlumatların düzgün əks etdirilməsi və proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
  • Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək;
  • Sistem dizaynı tələblərini müəyyənləşdirmək və dizayn proseslərində iştirak etmək.

Tələblər

  • Minimal təcrübə tələbi: arzuolunandır;
  • Yüksək səviyyədə analitik düşüncə və problem həll etmə bacarığı;
  • Minimum "Intermediate" səviyyəsində İngilis dili;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Figma, Jira, Confluence kimi alətlərlə təcrübə;
  • Sistem dizaynı biliklərinin olması vacibdir;
  • BPMN, UML kimi modelləşdirmə dilləri üzrə yüksək səviyyədə bilik;
  • Postman və/və ya Swagger kimi alətlərlə işləmə bacarığı;
  • BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarığı;
  • AI və Generative AI alətlərindən istifadə edərək analiz fəaliyyətlərinin dəstəklənməsi, AI əsaslı funksionallıqlar üzrə ilkin tələblərin formalaşdırılması və AI həllərinin biznes proseslərinə tətbiq imkanlarının müəyyən edilməsi bacarığı üstünlükdür;
  • Sistem və tətbiq loglarını oxumaq, əsas hadisələri və xətaları müəyyən etmək, problemlərin ilkin təhlilini apararaq texniki komandaya düzgün şəkildə eskalasiya etmək bacarığı üstünlükdür;
  • Agile/Scrum və ya Waterfall metodologiyalarına dair biliklər üstünlükdür;
  • İxtisas üzrə beynəlxalq sertifikatlar üstünlük təşkil edir.

Vakansiya haqqında

Son tarix

March 26, 2026

Paylaşılıb

fevral 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik