İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Məhsul sahibi (Product Owner)

Bu gün

5

Təsvir

  • Məhsulun vizyonunun və dəyər təklifinin formalaşdırılması, strategiyasının təşkilatın ümumi hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi və nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması;
  • Maraqlı tərəflər, komanda və e-hökumət ekosistemi ilə davamlı əməkdaşlığın qurulması, vətəndaş-mərkəzli və həll-yönümlü yanaşmanın təmin edilməsi;
  • Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşmanın tətbiq edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, qərarların məlumat və nəticələrə əsaslandırılmasının təmin edilməsi;
  • Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsi, backlog-un prioritetləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi;
  • Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi, milli rəqəmsal strategiyalar və e-hökumət çərçivələri üzrə biliklərin tətbiq edilməsi;
  • Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması, zəruri kompromis qərarlarının qəbul edilməsi;
  • Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsi, liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin yaradılması;
  • Yenilikçi və analitik düşüncə tərzinin tətbiq edilməsi, dəyişikliklərin təşviq edilməsi, empatik və daxili motivasiyaya əsaslanan yanaşmanın nümayiş etdirilməsi.

Tələblər

  • Ali təhsil;
  • 1–2 il məhsul inkişafı üzrə təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource);
  • Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq;
  • G2C/G2G/G2B məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq;
  • Daha kiçik və ya daha az mürəkkəb məhsullar və ya funksionallıqlar üzərində işləmək;
  • Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir veb arxitektura anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.);
  • Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq;
  • Məhsul backlog-una sahib çıxmaq və funksionallıqları təsir və mümkünlük əsasında prioritetləşdirmək;
  • Stakeholder idarəçiliyi və ünsiyyət bacarıqları;
  • Komandada işləmə və komandanı idarəetmə bacarığı;
  • Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı;
  • Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı;
  • Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq;
  • Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.

Vakansiya haqqında

Son tarix

April 2, 2026

Paylaşılıb

mart 3, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik