İcbari Sığorta Bürosu
Ana səhifə
/
/
/
Süni intellekt üzrə mühəndis (AI Engineer)

Süni intellekt üzrə mühəndis (AI Engineer)

Bu gün

6

Təsvir

·      Biznes tələblərini başa düşmək, təhlil etmək və təşkilat üçün süni intellekt (AI) və maşın öyrənməsi (ML) imkanlarını müəyyən etmək; 

·      Müasir AI alətlərini, LLM (Böyük Dil Modelləri) və ML çərçivələrini araşdırmaq, uyğun olanları seçmək və biznes proseslərinə tətbiq etmək; 

·      Mövcud İT sistemlərinin vəziyyətini təhlil etmək və AI modellərinin bu sistemlərlə (mikroservislər və verilənlər bazaları) inteqrasiyasını təmin etmək; 

·      Verilənlərin toplanması, təmizlənməsi, emalı və modellər üçün hazırlanması proseslərini qurmaq və optimallaşdırmaq 

·      Biznes ehtiyaclarına cavab verən proqnozlaşdırıcı modellər, çat-botlar və ya avtomatlaşdırma həlləri hazırlamaq; 

·      AI modellərinin dəqiqliyini, performansını və təhlükəsizliyini (data məxfiliyi) təmin etmək, texniki riskləri müəyyən etmək və həll yolları təklif etmək; 

·      Hazırlanmış həllərin İT komandası tərəfindən mənimsənilməsinə dəstək olmaq, rəhbərə texniki hesabatlar vermək və mürəkkəb problemlərin həllində iştirak etmək; 

·      Modellərin və alqoritmlərin texniki sənədləşməsini dəqiq və vaxtında hazırlamaq. 

·      Birbaşa rəhbər ilə işləyərək süni intellekt üzrə strateji təşəbbüslərin formalaşdırılmasında iştirak etmək 

·      Zərurət olduqda digər komandalara texniki məsləhət və metodoloji dəstək göstərmək. 

Tələblər

·      Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Riyaziyyat və ya oxşar sahələr arzuolunandır); 

·      Süni intellekt, maşın öyrənməsi və ya data sahəsində minimum 2–3 il iş təcrübəsi; 

·      Real layihələrdə ML modellərinin istehsal mühitinə çıxarılması üzrə təcrübə arzuolunandır. 

Dil bilikləri: 

·      Azərbaycan dili – əla 

·      İngilis dili – yaxşı 

Texniki biliklər: 

·      Python proqramlaşdırma dili üzrə dərin biliklər; 

·      Maşın öyrənməsi və dərin öyrənmə alqoritmləri üzrə biliklər; 

·      TensorFlow, PyTorch kimi kitabxanaların biri ilə praktiki təcrübə; 

·      Verilənlərin emalı və analizi (məsələn: Pandas, NumPy) üzrə təcrübə; 

·      Model qiymətləndirmə, tuning və validation metodları üzrə biliklər; 

·      SQL və verilənlər bazaları ilə işləmə bacarığı (PostgreSQL, MySQL); 

·      REST API-lər vasitəsilə AI modellərinin inteqrasiyası üzrə anlayış arzuolunandır; 

·      Docker və CI/CD prosesləri üzrə baza bilikləri arzuolunandır; 

·      Linux mühitində işləmə təcrübəsi; 

·      Məlumat təhlükəsizliyi və məxfilik prinsipləri üzrə ümumi biliklər. 

 

Yumşaq bacarıqlar: 

·      Analitik düşünmə və problem həll etmə bacarığı; 

·      Mürəkkəb texniki anlayışları aydın və strukturlaşdırılmış şəkildə izah etmək bacarığı; 

·      Komanda daxilində və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı; 

·      Öyrənməyə açıq olmaq və yeni texnologiyalara tez adaptasiya; 

·      Agile və iterativ iş mühitində işləmə təcrübəsi. 

 

 

Vakansiya haqqında

Son tarix

April 2, 2026

Paylaşılıb

mart 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik