İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Nüvə fizikası üzrə mühəndis

04-09-2024

5.8K

Təsvir

• İxtisasına uyğun təhlillərin aparılması və tapşırıqlarının icrası;

• Elmi-tədqiqat işlərində alınmış nəticələrin işlənilməsi və xüsusi proqram təminatlarının köməyi ilə modelləşdirilməsi;

• Detektorlar, sensorlar və məlumatların toplanması sistemləri daxil olmaqla, radiasiya monitorinq sistemlərini layihələndirməsi və inkişaf etdirilməsi, onların təhlükəsizlik və tənzimləmə standartlarına cavab verməsini təmin edilməsi;

• Nüvə və radioaktiv materialların analizi və sahədə radioloji ölçmələrin aparılması, nəticələrin emalı, təhlili və hesabatların hazırlanması;

• Elmi-tədqiqat işlərinin və habelə radioloji və radioekoloji ölçmə nəticələrinin data analizi, info qrafik hazırlanması;

• İşlənilmiş ölçmə nəticələrinin rəhbərliyə təqdim edilməsi.

Tələblər

• Müvafiq sahədə bakalavr dərəcəsi;

Azərbaycan dili səlis danışıq bacarığı (ingilis və rus dilləri arzuolunandır);

• Fiziki proseslərin modelləşdirilməsi üçün simulyasiya proqramlarını öyənmək istəyi;

• Komandada işləmək bacarığı,çeviklik və məsuliyyətlilik;

• Nüvə fizikasının əsas anlayışlarını bilmək;

• Talys simulyasiya proqramında işləmə bacarığı;

• Root proqramlaşdırma paketində işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

sentyabr 29, 2024

Paylaşılıb

sentyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik