İnzibati və ofis idarəetməsi
• Ofisin gündəlik inzibati fəaliyyətini təşkil etmək və koordinasiya etmək
• Ofis qaydalarını və daxili inzibati prosedurları hazırlamaq, onların tətbiqinə nəzarət etmək
• Əməkdaşların gündəlik inzibati ehtiyaclarını koordinasiya etmək
• Ofis ləvazimatlarını, inventarı və digər inzibati resursları idarə etmək
• Təchizatçılar və xidmət göstərən şirkətlərlə kommunikasiya aparmaq
• Ofis infrastrukturu, texniki və təsərrüfat məsələlərini koordinasiya etmək
• Rəhbərliyin inzibati tapşırıqlarını icra etmək və koordinasiya etmək
Sənəd dövriyyəsi və arxiv işi
• Gələn və gedən sənədləri qeydiyyata almaq, təsnifləşdirmək, aidiyyəti departamentlərə yönləndirmək və lazım gəldikdə arxivləşdirmək
• Müqavilə, məktub, rəsmi yazışma və digər korporativ sənədlərin dövriyyəsinə nəzarət etmək
• Şirkət məlumatlarını və sənəd reyestrlərini aktual saxlamaq
Reception və qonaqların qəbulu
• Reception fəaliyyətini təşkil etmək və gündəlik idarə etmək
• Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə yönləndirmək
• Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul etmək
• Görüşləri və qonaq səfərlərini koordinasiya etmək
• Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini təşkil etmək
• Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə üstünlükdür)
• Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi sahəsində ən azı 2 il iş təcrübəsi
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür
• MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst istifadə
• Kargüzarlıq və işgüzar yazışma qaydalarını bilmək
• Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə tapşırığı idarə etmə bacarığı
• Diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
• Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü yanaşma
Son tarix
November 5, 2026
Paylaşılıb
oktyabr 6, 2026
Vakansiya növü
Tam ştat