Tikinti sahəsində aparılan işlərin texniki tələblərə, layihə sənədlərinə və təhlükəsizlik normalarına uyğunluğunun təmin edilməsi;
Layihənin vaxtında və keyfiyyətlə tamamlanması ;
Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və təsdiq üçün təqdim edilməsi;
Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını ;
Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlayır və ehtiyac yarananda tətbiq etmək
Tələblər
Müvafiq sahədə ali təhsil;
Tikinti üzrə Layihə rəhbəri kimi ən azı 5 il iş təcrübəsi;
Tikinti normalarına qanunlarına və layihə idarəedilməsinə dair biliklər;
Yüksək səviyyədə Azərbaycan dili. İngilis dili biliyi üstünlükdür;
Project Management Professional (PMP) üzrə sertifikat üstünlükdür;
Microsoft Office, AutoCAD, Primavera proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
Tikinti işlərində işlərin, avadanlıqların planlaşdırılması və koordinasiyası üzrə təcrübə.