İmzalı İnşaat MMC
Ana səhifə
/
/
/
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mühəndis

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mühəndis

12-01-2026

92

Təsvir

  • SƏTƏM siyasətinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsində iştirak edilməsi;
  • İş yerlərində risklərin qiymətləndirilməsinin və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • SƏTƏM üzrə daxili yoxlamaların (auditlərin) aparılmasının təşkil edilməsi və nəticələrinin məsul şəxslərə çatdırılmasının təmin edilməsi;
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik üzrə təlimatlandırılmasının və dövri maarifləndirilməsinin təşkil edilməsi;
  • SƏTƏM üzrə plan, təlimat, metodiki materialların hazırlanmasında iştirak edilməsi və onların təkmilləşdirilməsi;
  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İnşaatda zədələnmə səbəblərinin araşdırılması və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • Tikinti-quraşdırma prosesləri zamanı texniki təhlükəsizlik üzrə vəziyyətlərə nəzarət etmək;
  • Struktur bölmələrdə, inşaatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında kömək etmək;
  • Müxtəlif işlərin Risk Qiymətləndirilməsi aparılması;
  • FMV və digər mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi dair mütəmadi maarifləndirmə aparılması, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etmək;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq rəhbərliyinə və Sifarişçiyə hesabatlar hazırlayıb təqdim etmək və s.

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə)
  • SƏTƏM üzrə minimum 4 il iş təcrübəsi(Təmir tikinti sahəsi üzrə mütləqdir)
  • İngilis dili bilməsi üstünlükdür
  • NEBOSH, İOSH, İSO 45001 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür
  • MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) bilikləri
  • Analitik düşüncə və problem həll etmə bacarığı

Vakansiya haqqında

Son tarix

January 21, 2026

Paylaşılıb

yanvar 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak