İnvestAZ İnvestisiya Şirkəti
Ana səhifə
/
/
/
İnvestisiya xidmətləri üzrə mütəxəssis

İnvestisiya xidmətləri üzrə mütəxəssis

Bu gün

81

Təsvir

Vəzifə öhdəlikləri:

●    İnvestisiya xidmətlərinin effektiv aparılmasında və təklif edilməsində aktiv iştirak etmək;

●    Bazarın gündəlik monitorinqi və bazar trendlərinin təhlili;

●    Qiymətli kağızlar və investisiya xidmətləri üzrə investisiya təkliflərinin hazırlanması;

●    İnvestisiya əməliyyatlarının icrasında iştirak və əməliyyatların düzgünlüyünə nəzarət;

●    Müştərilərə investisiya məhsulları və bazar şərtləri barədə məlumat və məsləhətlərin verilməsi;

●    İnvestisiya qərarlarının mövcud qanunvericilik və daxili qaydalara uyğunluğunun təmin edilməsi;

●    Qanunvericilik və daxili qaydalar ilə tələb olunan hesabat və məlumatların hazırlanması;

●    Sənədləşmə işlərinin qurulması, təşkili və həyata keçirilməsində iştirak etmək;

●    Müştəri sifarişlərinin icrasını təmin etmək və mövcud əməliyyatların müvafiq sistemə daxil edilməsi və aparılması həyata keçirmək;

●    Sorğuların operativ həlli vasitəsilə müştəri məmnuniyyətinin davamlı yüksəldilməsi;

●    Daxili nəzarət, audit və komplayens tələblərinə prosedurlarına tam uyğunluğun təmin edilməsi;

●    Cəmiyyəti təmsil edən nümayəndə qismində tədbir, treyninq, konfrans və seminarlarda iştirak etmək və ya çıxışlar etmək.

 


Təklif edirik:

●    İş saatları: 09:00 - 18:00;

●    İstirahət günləri: Şənbə və Bazar;

●    Nahar: Şirkət tərəfindən təmin olunur;

●    Tibbi sığorta: Təmin edilir.

Tələblər

Namizədə tələblər:

●    Təhsil: Ali təhsil - İqtisadi sahələrdən olan namizədlərə üstünlük veriləcəkdir.

●    Dil bilikləri: Azərbaycan dili - mükəmməl, Rus və İngilis dilləri - orta səviyyə;

●    Kompüter bilikləri: Microsoft Office və digər müvafiq proqramlar üzrə biliklər;

●    İnvestisiya fəaliyyətinə və qiymətli kağızlar bazarına aid qanunvericilik üzrə biliklər və investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri.

 

Tələb olunan bacarıqlar:

●    Dəqiqlik və Detallara Diqqət: Hər bir sənədin düzgün tərtibi və məlumatların doğruluğu vacibdir;

●    Zaman İdarəetməsi və Prioritetləşdirmə: Vaxtı düzgün idarə etmək və ən önəmli işləri öncəliklə həll etmək bacarığı;

●    Sənədlərlə Hüquqi və Normativ Qaydalara Uyğun İşləmək: Hüquqi tələbləri və standartları bilmək və onlara riayət etmə bacarığı;

●    Ünsiyyət və Təsir Etmək: Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı;

●    Problemləri Həll Etmək: Qarşıya çıxan çətinliklərə sürətli və doğru həll yolları tapmaq.

●    Müasir bazar trendləri və sektor yenilikləri barədə məlumatlılıq.

Vakansiya haqqında

Son tarix

March 19, 2026

Paylaşılıb

fevral 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Tibbi sığorta