Qarabağ Universitetinin Klinikası

Həkim Endokrinoloq

Bu gün

13

Təsvir

Vəzifə öhdəlikləri:


  • Müasir profilaktika, diaqnostika və müalicə metodlarından istifadə etməklə endokrin sistem xəstəlikləri olan pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmət göstərmək, klinik vəziyyətlərini qiymətləndirərək fərdi müayinə və müalicə planlarını hazırlamaq.
  • Şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri, piylənmə, metabolik pozuntular, hipofiz, böyrəküstü vəz və digər endokrin patologiyaların diaqnostika və müalicəsini müvafiq klinik protokollara uyğun həyata keçirmək.
  • Hormonal və biokimyəvi laborator analizlərin, ultrasəs və digər instrumental müayinələrin nəticələrini pasiyentin klinik vəziyyəti və xəstəlik tarixçəsi ilə əlaqəli şəkildə təhlil etmək, dəqiq diaqnoz qoymaq və müvafiq müalicə strategiyasını müəyyənləşdirmək.
  • Endokrin xəstəlikləri olan pasiyentlərin müalicə prosesini və dinamik müşahidəsini təmin etmək, dərman və hormonal terapiyanın effektivliyini qiymətləndirmək, zəruri hallarda müalicə planına dəyişikliklər etmək və ağırlaşmaların profilaktikası üzrə tövsiyələr vermək.
  • Tibbi sənədlərin, müayinə nəticələrinin və müalicə planlarının mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, klinikanın digər struktur bölmələri və tibb mütəxəssisləri ilə əməkdaşlıq etmək, multidissiplinar müzakirələrdə iştirak etmək, pasiyent təhlükəsizliyi, tibbi etika və sanitariya-epidemioloji qaydalara riayət etmək.

Tələblər

Namizədə tələblər:


  • Ali tibbi təhsil və Endokrinologiya ixtisası üzrə müvafiq ixtisaslaşma.
  • Endokrin xəstəliklərin diaqnostikası və müalicəsi, hormonal pozuntuların idarə olunması, klinik protokollar, pasiyent təhlükəsizliyi və tibbi keyfiyyət standartları üzrə biliklər.
  • Laborator və instrumental müayinə nəticələrinin təhlili, fərdi müalicə planlarının hazırlanması, klinik qərarvermə, komanda ilə işləmək və effektiv kommunikasiya bacarıqları.
  • Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.


Vakansiya haqqında

Son tarix

November 22, 2026

Paylaşılıb

oktyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə