Vəzifənin məqsədi:
Fakültədə gündəlik tədris prosesinin fasiləsiz və səmərəli təşkilinə dəstək göstərmək, dərs otaqları, tədris materialları, avadanlıqlar və rəqəmsal tədris vasitələrinin istifadəsi ilə bağlı əməliyyat işlərini həyata keçirmək.
Vəzifə sahibi akademik heyət, Tələbə İşləri, Təhsil Texnologiyaları Koordinatorluğu, İnformasiya Texnologiyaları (İT) və digər aidiyyəti struktur bölmələrlə əməkdaşlıq edərək gündəlik tədris prosesinin səmərəli təşkilinə dəstək göstərir.
Vəzifənin təsviri:
- Dərs otaqları, laboratoriyalar və digər tədris sahələrinin dərslərə hazır olmasını yoxlamaq və təmin etmək.
- Tədris üçün lazım olan material, ləvazimat və istehlak mallarına ehtiyacı izləmək, sifariş və təchizat prosesinə dəstək göstərmək.
- Proyektor, kompüter, ekran və digər tədris avadanlıqlarının işlək vəziyyətdə olmasını izləmək.
- Texniki nasazlıqlar yarandıqda İT və digər aidiyyəti bölmələrlə əlaqə saxlamaq və problemin həllini izləmək.
- Dərs zamanı yaranan sadə texniki və logistika problemlərinin operativ həllinə dəstək göstərmək.
- Müəllimlərə tədris materiallarının hazırlanması, çoxaldılması, yerləşdirilməsi və istifadəsi ilə bağlı əməliyyat dəstəyi göstərmək.
- Blackboard və digər LMS platformalarının gündəlik istifadəsində müəllim və tələbələrə ilkin dəstək göstərmək.
- LMS-də dərs materiallarının, elanların və digər tədris resurslarının yerləşdirilməsinə kömək etmək.
- Tələbə İşləri ilə birlikdə tələbə qrupları, dərs cədvəlləri, auditoriyalar və tədrisin gündəlik təşkili ilə bağlı məsələlərdə koordinasiyalı işləmək.
- Təhsil Texnologiyaları Koordinatorluğu tərəfindən tətbiq edilən rəqəmsal tədris vasitələrinin istifadəsinə dəstək göstərmək.
- Tədris avadanlığı və materiallarının inventar uçotunun aparılmasına kömək etmək.
- Mövcud material və avadanlıqlar üzrə çatışmazlıqları müəyyənləşdirmək və məsul şəxsə məlumat vermək.
- Növbəti tədris dövrləri üçün material, avadanlıq və digər resurs ehtiyaclarının müəyyənləşdirilməsinə dəstək göstərmək.
- Tədris prosesinin fasiləsiz həyata keçirilməsi üçün digər inzibati və texniki bölmələrlə əməkdaşlıq etmək.