LANDAU School
Ana səhifə
/
/
/
Menecer (Barama Körpələr Evi)

Menecer (Barama Körpələr Evi)

12-08-2024

1.9K

Təsvir

Barama Körpələr Evi üçün Menecer axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:


  • Bütün bağça fəaliyyət növlərini idarə etmək, müəllimlərin fəaliyyətinə nəzarət etmək və istiqamətləndirmək, müəllimlər tərəfindən təhsil proqramının həyata keçirilməsinə nəzarət etmək;
  • Bağça komandasının işini təşkil etmək;
  • Uşaqların sağlamlığı, gigiyena və pedaqogika tələblərinə uyğun olaraq təhsil və təlim üçün uyğun mühit təmin etmək;
  • Sağlam, mənəvi-psixoloji iqlim və əlverişli iş şəraitini yaratmaq;
  • Uşaq bağçasının maddi-texniki bazasının inkişaf və möhkəmləndirilməsini təmin etmək;
  • Sağlamlıq, qidalanma, təhlükəsizlik, təlim, tədris, inkişaf, inzibati və valideynlər iş bölmələri arasında iş prosesini təşkil etmək və düzgün aparılmasına nəzarət etmək;
  • Bağça komandasının ruh yüksəkliyini və motivasiyasını təmin etmək;
  • Öz səlahiyəti çərçivəsində işçilərin maarifləndirilməsini aparmaq.


Tələblər

  • Sahə üzrə müvafiq ali təhsil;
  • Bağça meneceri və ya oxşar sahədə iş təcrübəsi;
  • Rus dili biliyi;
  • 3 il iş təcrübəsi;
  • Komanda ilə işləmək bacarığı;
  • İdarəetmə bacarıqları.



Əmək haqqı: 1000 AZN

Ünvan: Yasamal, Nizami, Əcəmi filialları.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

sentyabr 21, 2024

Paylaşılıb

avqust 12, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil